Icma.az
close
up
RU
Yeri görünən adam

Yeri görünən adam

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Isaxan Aşurov haqqında yazılardan birində ona “hər yerdən görünən adam” demişdilər.

Güvənilən insanın yeri indi də görünür. Bu həmin İsaxan Aşurovdur ki, məhkəmə zallarında hətta prokurorlar və hakimlər onun səsinə diksinirdi.! Məhkəmə zallarına daxil olarkən prokurorlar belə ayağa qalxırdı. Məhkəmələrdə bir sıra ilklərə əl atmışdı. Gənc vəkillər ondan çox şeyləri öyrənirdi. Gözəl orator qabiliyyətinə malik idi.
Sabah Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, müxalifətin yaxın dostu, köməksizin dayağı, haqsızın düşməni İsaxan Aşurovun vəfat günüdür.
14 il ötdü yoxluğundan…İsaxan Aşurov 1955-ci il avqustun 1-də Gürcüstan Respublikası Borçalı rayonunun Faxralı kəndində anadan olub. Sonralar milli azadlıq hərakatına qoşularaq Müsavat Partiyasına üzvü kimi partiyanın Məclis üzvü üzvü olur. Məclisin təşkil etdiyi Hüquq komissiyasının sədri olub.
İsaxan Aşurov boy buxunu-cüssəsi ilə də, bariton səs tembiri ilə də sanki dünyaya qəhrəmanliq nişanələri ilə gəlmişdi! O.polisdə də, vəkillik edəndə də tanrinin verdiyi bu missiyani ləyaqəti və cəsarəti ilə yerinə yetirdi ! Barmaqla sayılacaq hüquqşünaslardan biri idi…Qoy, bütün qanunun keşiyində dayanananlar məndən inciməsinlər. Yəni gözəl qanun keşikçisi də olmaq olar, gözəl insan da. Ancaq öz peşə mədəniyyətini ən yüksək əxlaq dəyərləri ilə birləşdirib onun zirvəsində dayanan bir qanun keşikçisi kimi işlədiyi bütün rayonlarda geniş xalq kütləsinin dərin rəğbətini qazanaraq İsaxan Aşurov olmaq çətindir.!!
Çox fərqli, özünəməxsus xarakterə malik, xarizmatik bir şəxsiyyət idi İsaxan bəy. Cəngavər görkəminə uygun kişilik, mərdlik, dürüstlük xüsusiyyətləri onu hamımızın sevimlisinə çevirmişdi. Son nəfəsinə qədər də haqqın, ədalətin yanında oldu…
Amma fikir vermişəm: Biz həmişə xalqın çətin günlərində həm ziyalı axtarışına çıxırıq, həm də ziyalı ovuna çıxırıq.
Əslində dediyim Ziyalılıq özündə mənəviyyat anlayışına daxil olan ən gözəl keyfiyyətləri birləşdirir. Bu mənada İsaxan Aşurov bu keyfiyyətləri özündə birləşdirməyi bacararaq öz şəxsiyyətində və fəaliyyətində, həm də əxlaq prinsiplərini qoruyub saxlayan nadir ziyalılarımızdan idi…İnanırsız, onunla hər bir ünsiyyət, danışıq sanki sənin qəlbindəki işığı daha da artırırdı. İlüziyaya qapılırdın sanki. Sabaha müsbət emosiyalara köklənirdin. Bütün bunların kökündə isə onun həmişə haqq və ədaləti özünə yol yoldaşı etməsi idi. Təsadüfü deyildi ki, o, tez- tez “Ziyalılığın ölçü vahidi haqq və həqiqətdir.”-deyirdi. O, bizim güvəndiyimiz çox az adamlardan biri idi…Xatırlayıram ki, hər kəs hər çətin anında onun üstünə qaçırdıq.
İsaxan Aşurov həyatı haqqında yazmaq və haqqında olanları sözlə ifadə etmək sadə şey deyil. Onun vəkillik fəaliyyəti zamanı üzləşdiyi təzyiqlər və təqiblərin onu bu yoldan heç bir zaman döndərə bilməməsindən və bu zaman zahircə zəhimli, qaraqabaq görsənsə də, əslində çox zarafatcıl, deyib-gülən bir insan olmasından, Qazaxda, Göyçayda, Tovuzda polis, Respublika Xüsusi İstintaq Qrupunda müstəntiq kimi işləyərkən hər zaman haqqın və hüququn, insanların və insanlığın yanında olmasından, 1993-1994-cü illərdə vəzifə səlahiyyətlərindən istifadə edərək Sürət Hüseynova və digərlərinə qarşı müqavimət göstərərək dövləti müdafiə etdiyinə görə həmin dəstə tərəfindən həbs edilməsindən yazmaq qədər çətindir. Qeyd edim ki, o,1994-cü ildə isə həbsdən azad olmuşdu.
İsaxan Aşurov Azərbaycanın ictimai-siyasi həyatında özünü təsdiq etmiş yüksək dərəcəli hüquq müdafiəçisi idi. İsaxan Aşurovu insanlara və bizlərə sevdirən onun öz həyatını vətəninin, millətinin azadlığa uğrunda mübarizəyə həsr etməsi idi. Bəli, O, bu milləti canından da çox sevirdi. Məhz buna görə də vuruşaraq Vətənin mərd əsgəri olub. Sülh dövründə belə ədalətsizliyə qarşı vuruşaraq insanlara əl tutub. Həmişə haqqı tapdanmış insanları müdafiə edərdi. Bununla da heç xəbəri olmadan həmişə diqqət mərkəzində olurdu.
“Hərdən adama elə gəlir, həyatda mənası olan yeganə hadisə ölümdü.“Bəli ,İsaxan bəy çox vaxtsız bizim aramızdan ayrıldı.Bizim üçün çox çətindir belə bir adamın ölməsini demək, onu itirməyimizdən danışmaq Lakin nə etməli …
Mərhum uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, bir neçə dəfə əməliyyat olunsa da, onu xilas etmək mümkün olmadı…. İ.Aşurov müalicəyə getdiyi ABŞ-da vəfat etdi…
Bu gün mən də Azərbaycanın azadlığını istəyən, doğru-düzgün bir cəmiyyətin qurulmasını istəyən insanların adından ona “çox sağ ol ” deyirəm.!
Sağ ol, Şef.!
sözardı: Sən demə İsaxan Aşurov vəsiyyətində yazıbmış ki, onu dəfn edərkən başı üstündə şair Ramiz Rövşənin “Qara paltarlı qadın” şeri oxunsun.
Almas Aşurov mərhumun son vəsiyyətini yerinə yetirdi. O, yağan yağışın islatdığı vərəqdən həmin şeri oxudu:
Kişilər bir olmur atam balası
Qorxağı var, igidi var,
Amma hər kişinin öləndən sonra
Qəbri üstdə ağlamağa
Bir qara paltarlı gözəl bir qadına ümidi var.
Sən öləndə kim olacaq gözlərini bağlayan?
Qardaşmı olacaq, yadmı olacaq?
Bu dunyada bəlkə sənə ən çox ağlayan,
Ən çox ağlatdığın qadın olacaq?!
Sözardı 2. İsaxan aşurov Müsavat Başqanı İsa Qəmbəri çox sevirdi.
İsa bəyin Biləsuvar səfərində polislə qarşılaşması zamanı İsaxan bəyin necə polislərlə əlbəyxa olması, qısamüddətli həbs olunması gözlərimiz önündədir. O vaxt onu bərk döymüşdülər…
İsaxan Aşurov vəfat edəndə Müsavat Başqanı İsa Qəmbər belə demişdi: “İsaxan bəy çox sevdiyimiz, dəyərləndirdiyimiz dostumuz idi, Azərbaycana xidmət edən çox qiymətli bir vətəndaş idi. Elçibəy hakimiyyəti dönəmində dövlət qulluğundakı, konkret polis sistemindəki fədakarlığı ilə tanınmışdı. Sonrakı dövrdə də o, həm Müsavat Partiyasının Məclis üzvü, həm vəkil kimi Azərbaycan ictimaiyyətinin sayğısını qazanmış çox dəyərli insanlardan biri kimi qəbul olunurdu. Çox təəssüf, son zamanlar ağır xəstəlik onu hər zaman gördüyümüz fəallığından ayırdı. Allah rəhmət eləsin! İnanıram ki, onun xatirəsi xalqımızın, müsavatçıların qəlbində hər zaman yaşayacaq”.
Bu sözlərə mən də qoşuluram.
Sözardı 3. Çox təəssüf ki, BU GÜNKÜ VƏKILLIYIN SIMASI MAĞMIN VƏKILLƏRDIR…
Rəhmətlik İsaxan Aşurov bəzi hüquq müdafiəçilərinə hüquq Hüçumcuları deyərdi.İsaxan Aşurov, Elton Quliyev, Adil İsmayılov, Əlayif Həsənov …
Kim qaldı ki.?!

Baba Allahnəzərov
Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 21 İyun 2026 22:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see509

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see251

Bankların KREDİT MÜƏMMASI 18 yaşı yetkinlik saymırlar?

19 Sentyabr 2026 12:35see244

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see241

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see233

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see227

Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək

19 Sentyabr 2026 17:07see224

Naxçıvanda qadınların iqtisadi fəallığının artırılmasına və biznes imkanlarına həsr olunan forum keçirilib

19 Sentyabr 2026 14:22see221

Ağdərədə yeni su elektrik stansiyaları və rəqəmsal enerji infrastrukturu qurulur

19 Sentyabr 2026 11:43see208

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see207

Azərbaycanda vergi daxilolmalarının gələn il gözlənilən strukturu AÇIQLANDI

19 Sentyabr 2026 12:29see205

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see197

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see194

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see191

Almaniya ilk “F 35A” qırıcısını ABŞ dən təhvil alıb

19 Sentyabr 2026 04:54see188

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see183

Hülya Avşar “Kanlı Nigar”la səhnəyə qayıdır

20 Sentyabr 2026 01:14see180

Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz

20 Sentyabr 2026 01:01see178

Rusiya qaçılmaz çöküşə doğru gedir...

19 Sentyabr 2026 18:06see176

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri