Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Bazar 60 faiz kiçilib...

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Səfər Mehdiyev yeni biznesə başladı: Şəffaf görünən qaranlıq adam

Səfər Mehdiyev yeni biznesə başladı: Şəffaf görünən qaranlıq adam

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda bəzən yüksək vəzifələrə, hamı üçün əlçatan olmayan məmur bürokratiyası mexanizmləri vasitəsilə yüksələn şəxslərə rast gəlinir. Lakin elə məmurlar da var ki, hakimiyyət sistemində o qədər məharətlə fəaliyyət göstərirlər ki, onların irəliləyişləri ictimai diqqətdən kənarda qalır. 

Dövlət Gömrük Komitəsinin (DGK) keçmiş sədri Səfər Mehdiyev məhz belə simalardandır. Onun ilkin dünyagörüşü doğulduğu Naxçıvanın məşhur Nehrəm kəndində formalaşıb. Bu kənddən çıxanların bir qismi ölkənin siyasi sferasında, biznes sektorunda əhəmiyyətli yerlər tutub. Buna görə də Mehdiyevin yüksəlişi təkcə şəxsi karyera kimi yox, həm də regional faktorlarla əlaqləndirilir…

53 yaşlı S.Mehdiyev Türkiyənin Egey Universitetində iqtisadi əlaqələr, sonra Bakı Dövlət Universitetində hüquq təhsili alıb, daha sonra İqtisad Universitetində magistr dərəcəsi əldə edib. 2000-ci illərin əvvəllərindən Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə işləməyə başlayıb. 2004-cü ildə sədr müavini, 2006-cı ildə aparat rəhbəri, 2014-cü ildə yenidən sədr müavini və nəhayət, 2018-ci ildə komitəyə rəhbər təyin edilib.

Bu yüksəlişin əsas dayağı DGK-nın keçmiş şefi, general Aydın Əliyev hesab edilir. Amma sonradan məlum oldu ki, Səfər Mehdiyev Komitədə öz avtoritetini qurmaqla kifayətlənməyib, qurum daxilində şəxsi komandasını da yaratmağa nail olub...

İslahat görüntüsü arxasındakı reallıq

2018-ci ildə Prezident tərəfindən DGK sədri təyin olunandan sonra Mehdiyev ilk açıqlamasında belə demişdi: “Gömrük sistemində şəffaflıq təmin olunacaq, rüşvətə yer olmayacaq”.

Amma bu vədlər sonrakı illərdə sosial şəbəkələrdə və mediada satirik formada tez-tez xatırlanacaqdı. Çünki reallıq tam fərqli idi – gömrük sistemində rüşvət mexanizmləri daha da sistemləşdirilmişdi. Sahibkarlar gömrük keçid məntəqələrində sonsuz “gizli tariflər” və qeyri-rəsmi ödənişlərlə üzləşirdilər. Dövlət Gömrük Komitəsinin gəlirlərinin artmasına baxmayaraq, bu artım idxal edilən real mal həcmi ilə uzlaşmırdı. Yəni, dövlət büdcəsindən milyonlarla manat vəsait yayındırılırdı...

Mehdiyev isə medianı aktiv şəkildə yönləndirir, islahatçı imicini yaratmağa və qorumağa çalışırdı. Çıxışlarında rəqəmlərlə manipulyasiyalar edir, gömrükdə “dönüş yaratdıqlarını” iddia edirdi. Halbuki sahibkarlar üçün gömrük keçid məntəqələri daha çox rüşvət qapısı, yük daşıyıcıları üçünsə “əlavə xərclərin mənbəyi” idi.

DGK-da Mehdiyevin təyin etdiyi kadrların əksəriyyəti özünün doğulduğu regiondan, hətta həmin kənddən idi və onlara mühüm vəzifələr etibar olunurdu. Bu təyinatların “qapalı bir sistem” qurmaq məqsədi daşıdığı iddia edilirdi. Bu baxımdan sadiqlik və sədaqətin peşəkarlıqdan önəmli olduğu bildirilirdi.

Səfər Mehdiyevin dövründə gömrük sistemində davam edən problemlər təkcə sosial şəbəkələrdə deyil, hüquq-mühafizə orqanlarının əməliyyatlarında da öz əksini tapdı. Sahibkarların şikayətləri bəzi gömrük prosedurlarının daha da mürəkkəbləşməsi, əlavə gizli haqların tələb olunması, vəsaitlərin yayındırılması və rüşvət sisteminin genişlənməsi barədə idi.

İqtisadi tədqiqatlar göstərir ki, o dövrdə gömrük rüsumlarından dövlət büdcəsinə daxil olan gəlirlər artmasına baxmayaraq, bu artım ölkəyə idxal edilən malların həcmilə uyğun gəlmirdi. Bu isə Mehdiyevin xələfi Aydın Əliyevin dövründə genişlənən problemləri həll edə bilmədiyini göstərirdi.

Dövlət Təhlükəsizlik Xidmətinin 2022-ci ildə həyata keçirdiyi genişmiqyaslı əməliyyatlar da bunu təsdiqlədi. İrimiqyaslı həbslər DGK daxilindəki şəbəkənin Mehdiyevin dövründə də böyük korrupsiyaya əməliyyatları həyata keçirdiyini, rüşvət və qaçaqmalçılığa şərait yaratdığını aşkara çıxardı. Bu əməliyyatlar ictimaiyyətdə həm böyük rezonans doğurdu, həm də struktur dəyişikliklərinin labüdlüyünü göstərdi. Bu kontekstdə Səfər Mehdiyevin islahatçı imici də tamamilə illüziya şəklini aldı.

Səfər Mehdiyev dövründə yaxınlarının biznes fəaliyyəti

Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinə rəhbər təyin olunması ilə eyni dövrdə onun yaxınlarının biznes fəaliyyəti də diqqət çəkməyə başladı. Bu bizneslərin əsasən gömrük sistemi ilə bağlı sektorlarla - idxal-ixrac, logistika, ticarət və “DutyFree” (gömrükdən azad zonalar) sahələrində fəaliyyət göstərməsi ciddi şübhələrə səbəb oldu.

Məlumdur ki, ölkəmizdə gömrük sistemi ilə bağlı şirkətlərə xüsusi imtiyazlar verilir. Belə ki, idxal-ixrac sahəsində işləyən şirkətlər gömrük rüsumları və prosedurlarının yumşaldılması, malların keçidinin sürətləndirilməsi, bəzi hallarda isə gömrük nəzarətindən qismən azad olunma hüququ qazana bilir. Bu cür imtiyazlar isə yalnız çox sıx əlaqələri olan şəxslərə və ya yüksək səviyyəli rəsmilərə yaxın adamlara verilir.

Səfər Mehdiyevin yaxınları məhz bu seqmentdə fəaliyyət göstərən “DutyFree.az”, “Vadi-4”  kimi şirkətlər vasitəsilə böyük biznes şəbəkəsi qurmuşdular. Bu şirkətlər, təkcə gömrükdən azad ticarət zonalarında deyil, həmçinin idxal və logistika sahəsində də fəaliyyət göstərirdi. Məhz bu şirkətlər vasitəsilə rəsmi və qeyri-rəsmi şəkildə gömrük qanunlarının “yumşaldılması”, gömrük prosedurlarının manipulyasiyası həyata keçirilirdi.

Məlumatlara görə, “DutyFree.az” şirkəti gömrükdən azad zonalarda fəaliyyət göstərməklə yanaşı, gömrükdə malların saxlanılması və satışı sahəsində inhisarçı səlahiyyət əldə etmişdi. Bu isə sahibkarların həmin mallara çıxışını və rəqabət mühitini ciddi şəkildə məhdudlaşdırırdı. “Vadi-4” isə əsasən idxal-ixrac və logistika xidmətləri ilə məşğul olur, sahibkarlardan rəsmi sənədlərdə göstərilən qiymətlərdən kənar əlavə haqlar tələb edilirdi. Bu haqların böyük hissəsi isə məmurların cibinə gedirdi.

Bu isə həm də onu göstərir ki, Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinə rəhbərlik etdiyi dövrdə yaxın çevrəsinə biznes şəbəkəsini gücləndirmək imkanı verib. Bu biznesin əsl sahibinin isə elə onun özü olduğu iddia edilir... 

Gömrük Komitəsinin sədrliyindən getdikdən sonra da onun həmin dövrdə  əldə etdiyi imkanlar hesabına yaratdığı biznesin başına keçdiyi bildirilir. Belə ki, Mehdiyevin hazırda inşaat, kənd təsərrüfatı, otelçilik və qida  və logistika sektorunda geniş biznes fəaliyyəti ilə məşğul olduğu bildirilir. Bu məqsədlə yaxınlarının adına çoxsaylı şirkərtlər yaratdığı bildirilir. məsələn, “APF Group”  MMC bunlardan biri kimi göstərilir. Şirkətə Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin sabiq rəisi, gömrük polkovniki Fuad Əlizadə şirkətə rəhbərlik etsə də sahibinin Səfər Mehdiyev olduğu qeyd edilir. Şirkət bir sıra dövlət qurumları ilə əməkdaşlıq müqavilələri də bağlaması da Mehdiyevin əlaqələri ilə izah olunur. Necə deyərlər, məmur kimi “qazandığını” biznesmen kimi xərcləməyə başlayıb.

Nəhayət, şəxsi keyfiyyətlərinə gəlincə, S.Mehdiyevin Yol Patrul Xidməti əməkdaşı ilə dialoqunu əks etdirən məşhur videogörüntülər onun da “islahatçı məmur” imicindən nə qədər uzaq olduğunu, daha çox “harınlamış məmur” təbəqəsinə yaxın olduğunu göstərdi. Özünün bahalı, lyuks avtomobilindən düşərək, onu saxlayan polis əməkdaşını aşağılayan, özünü ”general Mehdiyev” kimi təqdim edən, sonra da maşınına oturub yoluna davam edən gömrük rəisi bir daha Azərbaycanda məmur mədəniyyətinin səviyyəsini göstərmiş, yekəxana məmurların qanuna, hüquqa saymaz münasibətinin, həmçinin, ölkəmizdə “qanun hamı üçün eynidir” tezisinin nə qədər deqradasiyaya uğradığını və gülünc forma aldığını isbatlamışdı...

Bir sözlə, Səfər Mehdiyevin rəhbərliyi dövründə də gömrük sistemindəki korrupsiya və rüşvətlə bağlı problemlərin həll olunmaması ölkə iqtisadiyyatına ciddi zərər vurdu. Bu, sahibkarların, xarici investorların ölkəyə investisiya qoymaqdan çəkindirən ən mühüm faktorlardan biri oldu.

Bu situasiyanın dəyişməsi üçün həm qanunvericilik səviyyəsində islahatlar, həm də rəhbərlikdə ciddi dəyişikliklər zəruri idi. Səfər Mehdiyevdən sonra da davam edən bu “sistemin” dəyişməsi, gömrükdə hamı üçün bərabər imkanların yaradılması və “yad sahibkarlara” qarşı düşmən münasibətin aradan qaldırılması öz aktuallığını qoruyur...

AzPolitika.info


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:303
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 23 May 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see531

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see402

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see388

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see374

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see352

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see351

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see307

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see261

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see255

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see247

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see239

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see235

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see231

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see224

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see217

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see203

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see201

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see200

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see198

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri