Icma.az
close
up
RU
“Yerli mal qaranın bazarlara çıxarılması məhdudlaşdırılsa, əhalinin dondurulmuş idxal ətə tələbatı arta bilər

“Yerli mal qaranın bazarlara çıxarılması məhdudlaşdırılsa, əhalinin dondurulmuş idxal ətə tələbatı arta bilər

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Oktyabrın 25-dən ölkə üzrə heyvan bazarları müvəqqəti bağlanacaq. Bizimyol.info xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib. Qeyd edilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, müxtəlif ölkələrdə heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklər yayılıb. Mövsümi amillərdən asılı olaraq müxtəlif xəstəlik törədicilərinin yayılması riski region ölkələri, o cümlədən Azərbaycan üçün real təhlükə yaradır.

Respublikanın baş dövlət baytarlıq müfəttişinin imzaladığı müvafiq qərara əsasən, ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında 2025-ci il 25 oktyabr tarixindən etibarən sağlamlaşdırma tədbirlərinin görülməsi üçün mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Agentliyin regional bölmələri yerli icra hakimiyyətləri və polis orqanları ilə birlikdə bu tədbirin icrasını təmin edəcəklər.

Azərbaycana gələn ətin təhlükəsizliyinə kim zəmanət verir?İstehlakçılar keyfiyyətli və təhlükəsiz əti necə təmin edə bilər?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, Azərbaycan Qida Təhlükəsizliyi (AQTA) əhaliyə keyfiyyətsiz ərzaq məhsullarının satışının qarşısını almaq məsuliyyəti və vəzifə borcu var: “Azərbaycana gələn ət sərhədi keçərkən mütləq yoxlanılır. Xüsusən də ərzaq məhsulları gömrük sərhədini keçəndə gömrük orqanının birbaşa vəzifəsidir ki, bu ət məhsullarının həm keyfiyyət sənədlərinə baxsınlar, həm də ölkəyə gedəndə vətəndaşın təhlükəsizliyinin olmasını o standartlar çərçivəsində yoxlasınlar. Burda Azərbaycan Qida Təhlükəsizliyinin (AQTA) birbaşa vəzifəsidir ki, əhaliyə keyfiyyətsiz ərzaq məhsullarının satışı olmasın. Nəzarət prosedurları var. Burda mülki, inzibati məsuliyyətdən tutmuş, cinayət məhsuliyyətinə qədər qanunvericilikdə bunun cəzaları təsbit olunur. Hökumət mal bazarını yoxlaya bilməyəcəyinə görə bağlayır ki, insanlar çöldən ət ala bilməsin. Gərək onda hər qəssabın başının üstündə bir adam dursun. Nə vaxt epidemioloji vəziyyət aradan qalxanda mal bazarlarını bərpa edəcək. İkinci məqam mağazalardan alınan ətdir. Bunlara isə hökumət nəzarət edir. İnsanların bunu fikirləşməyə borclu deyil ki, bu heyvan əti xəstədir, ya xəstə deyil. Çünki biz qida mühəndisi deyilik ki. Bu dövlətin, hökumətin məsuliyyətidir. Biz mağazada satılan və qanunla icazə verilmiş mal-bazarlarından alış-veriş edə bilərik. Hökumət ona görə çağırış edir ki, bilmədiyiniz yerdən ət almayın, çünki onlara nəzarət edə bilmirəm”.

Xalid Kərimli

İqtisadçı qeyd edib ki, bu cür xəstəliklərin yayılması, sektorda sahibkarlara ciddi ziyan vurur: “Mal bazarlarının bağlanması və mal-qara ətinin bazara çıxarılmasının məhdudlaşdırılması bazarda təklifi də aşağı salan faktordur və bu adi bazar konyunktura qaydalarına uyğun olaraq bazar qiymətini artıra bilər.

Digər bir məqam isə dondurulmuş ətlərə tələbatın artması istiqamətində də davranış müşahidə edə bilərik. Yerli mal-qaranın mal bazarlarına çıxarılmasının məhdududlaşdırılması əhalinin mağazalarda satılan dondurulmuş idxal ətə tələbatını da artıra bilər. Ümumiyyətlə, bu cür xəstəliklərin yayılması, həm sektorda sahibkarlara ciddi ziyan vurur, həm sektorun gələcək inkişafı üçün riskləri artırmaqla qiyməti artıran faktora çevrilir. Eyni zamanda məhsulun bazara çıxarılmasının azalması bazarda qiymətlərin daha da artmasına təsir göstərən amildir”.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 Oktyabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri