Icma.az
close
up
RU
Yerli media üçün vergi güzəşti və dövlət dəstəyi TƏKLİF OLUNDU

Yerli media üçün vergi güzəşti və dövlət dəstəyi TƏKLİF OLUNDU

Icma.az, Modern.az saytına istinadən bildirir.

Müasir informasiya mühitində televiziya və radio cəmiyyətin ən etibarlı informasiya mənbələri olaraq qalır. Lakin son illər bu sahənin iqtisadi dayanıqlığı müəyyən sınaq qarşısındadır. Xüsusilə reklam bazarındakı qeyri-bərabər rəqabət TV və radio sektoru üçün müəyyən çətinliklər yaradır. Hazırda bu sahədə narahatlıq doğuran məsələlərdən biri də rəqəmsal platformaların, xüsusilə də “TikTok”, “Meta”, “Google” və digər qlobal resursların Azərbaycan TV və radiolarının reklam bazarını faktiki olaraq ələ keçirmələri ilə bağlıdır.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Elçin Mirzəbəyli deyib.
“Nəticədə yerli tv və radioların gəlirləri azalır, çünki reklam büdcələri həmin rəqəmsal platformalar üzərindən xaricə gedir. Xərclər artır, ona görə ki, TV və radio virtual yox, real infrastrukturdur. Belə davam etdiyi halda, TV və radioların maliyyə çətinlikləri bir neçə ildən sonra kəskinləşə və yerli informasiya məkanının qorunması üçün dövlətin dəstəyinə ciddi ehtiyac duyula bilər”. 

E. Mirzəbəyli qeyd edib ki, hər il xarici platformalar üzərindən Azərbaycandan kənara milyonlarla dollar vəsait çıxır. Bunun qarşılığında isə həmin platformalar Azərbaycan büdcəsinə vergi ödəmir, yerli lisenziya almır, yerli işçi çalışdırmır, yerli kontent istehsal etmir, amma reklam gəlirlərinin böyük hissəsinə sahiblənirlər.

“Peşəkar media ölkəmizin sərhədləri çərçivəsində real iqtisadi yük və öhdəlik daşıyır. Xarici rəqəmsal platformaların isə belə bir yükü və öhdəliyi yoxdur. TV və radioların əməkhaqqı fondu, elektrik enerjisi, texniki yayım, studiya və avadanlıq xərcləri realdır. Rəqəmsalda isə bu xərclərin əhəmiyyətli hissəsi tələb olunmur. Bu isə, mahiyyət etibarilə ədalətli rəqabət deyil”.

“Dövlət qurumlarının reklam büdcəsinin müəyyən hissəsi yerli mediaya yönəldilsə, daha doğru olar. Əgər media resurslarının bir hissəsinə vergi güzəştləri təqbiq olunursa, TV və radiolara münasibətdə də eyni yanaşmanın sərgilənməsinin nəzərdən keçirilməsi də doğru olardı”. 

Deputat qeyd edib ki, uyğun bilindiyi halda texniki avadanlıqların alınması üçün rüsum güzəştləri, media subyektləri üçün mənfəət vergisinin müvəqqəti azaldılması və ya ilk 5 il məhdudlaşdırılmış güzəşt tətbiqi çox mühüm dəstək mexanizmi ola bilər.

“Xarici rəqəmsal platformalar ədalətli vergiyə və öhdəliklərə cəlb olunmalıdırlar. Yerli medianın qorunması və bərabər rəqabəti təmin etmək üçün xarici rəqəmsal platformalara rəqəmsal reklam vergisi tətbiq olunmalı, “TikTok”, “Meta”, “Google” və digər qlobal resurslar qarşısında yerli təsisçi və ya nümayəndəlik, yerli server və təmsilçilik açmaq öhdəliyi qoyulmalı, eləcə onlardan uşaq-kontent qaydalarına riayət edilməsi tələb olunmalıdır” -  deyə o qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Dekabr 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see254

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see213

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see204

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see203

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see194

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see178

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see157

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see157

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see156

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see155

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see155

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see147

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see147

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see146

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see143

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see143

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see141

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see139

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see138

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri