İdman federasiyalarının sponsorlarına vergi güzəşti verilməsi təklif olunub
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İdmanda davamlılığın təmin edilməsi olduqca vacib məsələdir.
“APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.
Şahin İsmayılov qeyd edib ki, idmanda maliyyənin cəlb olunması mümkün olmadıqda davamlılıq məsələləri və problemlər ortaya çıxır: “Bu problemlərin həlli istiqamətində federasiyalara sponsorların cəlb edilməsin ilə bağlı müəyyən vergi güzəştləri verilsin. Bu, dünyada geniş tətbiq edilən prosesdir. Sponsorlar əgər müəyyən vergi güzəştləri qarşılığında idmana dəstək verərlərsə, bu, idmanın inkişafına kifayət qədər müsbət təsir göstərəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 20 Noyabr 2024 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















