Icma.az
close
up
RU
Yerli oyunçularla ÇL də 1/8 finala Avropada şimal küləyi

Yerli oyunçularla ÇL də 1/8 finala Avropada şimal küləyi

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yerli oyunçularla ÇL-də 1/8 finala - Avropada şimal küləyi

Norveçin “Bodo-Qlimt” klubu bu mövsüm UEFA Çempionlar Liqasında möhtəşəm çıxışları və nəticələri ilə diqqəti cəlb etməkdədir. “Sarılar” tarixində ilk dəfə əsas mərhələsinə yüksəldikləri turnirin 1/8 finalına qədər gəlib çıxmağı bacarıblar.

50 minə yaxın əhalisi olan Bodo şəhərinin təmsilçisi yarışa Liqa mərhələsinə vəsiqə verən pley-off-dan başlayıb və burada Avstriyanın “Şturm” klubunu böyük üstünlüklə (5:0, 1:2) mübarizədən kənarlaşdırıb.

Liqa mərhələsini 9 xalla başa vuran komanda burada “Mançester Siti”, “Atletiko”  kimi nəhəngləri məğlub etməyi bacarıb, “Tottenhem” və Dortmund “Borussiya”sından xal alıb.

Çempionlar Liqasının Liqa mərhələsi

 “Slaviya Praqa” (Çexiya) – “Bodo-Qlimt” (Norveç) – 2:2
“Tottenhem” (İngiltərə) – “Bodo-Qlimt” (Norveç) – 2:2
“Qalatasaray” (Türkiyə) – “Bodo-Qlimt” (Norveç) – 3:1
“Bodo-Qlimt” (Norveç) – “Monako” (Fransa) – 0:1
“Borussiya” Dortmund  (Almaniya) – “Bodo-Qlimt” (Norveç) – 2:2
“Bodo-Qlimt” (Norveç) – “Mannçester Siti” (İngiltərə) – 3:1
“Atletiko” Madrid (İspaniya) – “Bodo-Qlimt” (Norveç) – 1:2

Artıq Liqa mərhələsində sensasiyaya imza atan Norveç klubu 1/8 final üçün oynanılan pley-off-da daha möhtəşəm performans göstərib. Şimallılar Çempionlar Liqasının üçqat qalibi olan "İnter"i həm Norveçdə, həm də İtaliyada üstələyib.

Pley-off

"Bodo-Qlimt" (Norveç) – “İnter” (İtaliya) – 5:2
"İnter" (İtaliya) – "Bodo-Qlimt" (Norveç) - 1:2

1/8 final

Norveç klubu 1/8 finalda ya “Sportinq”, ya da “Mançester Siti” ilə üz-üzə gələcək. Bu mərhələnin püşkü fervalın 27-də atılacaq.

Baş məşqçi

Knutsen Ketil 2018-ci ildən “Bodo-Qlimt”i çalışdırır. Klub onun rəhbərliyi altında ən parlaq dövrünü yaşayır. Maraqlıdır ki, 1977-ci ildən müxtəlif fasilələlərlə Norveçin yüksək liqasında çıxış edən “Bodo-Qlimt” ilk dəfə 2020-ci ildə, Ketilin baş məşqçiliyi altında çempion olub. Komanda bundan sonra ardıcıl olaraq daha iki mövsüm çempion adını qazanıb. Komandanın ötən mövsüm Avropa Liqasının yarımfinalına qədər irəliləməsi də 57 yaşlı norveçli Knutsen Ketilin əməyinin nəticəsidir.

Uğurun sirri

Təbii ki, komandanın uğuru və uğursuzluğu deyəndə ilk növbədə ağıla gələn baş məşqçi amilidir. "Bodo-Qlimt"in Knutsen  Ketilin gəlişindən sonra necə inkişaf etməsi göz önündədir. Onun komandası əsasən gənc oyunçulardan təşkil edilib, oyun üslubunda sürət və pressinq əsas götürülüb. "Bodo-Qlimt"in oyunlarında rəqiblərin bu sarıdan necə çətinlik çəkdiyi aşkar görünür. Bu cür komandalar xüsusilə də böyük klublarla oyunlarda sürpriz etməyi bacarır. Təbii ki, məsələn, "Mançester Siti" "Bodo-Qlimt"dən bu cür cəsarətli oyun gözləmirdi və uduzmasında rəqibin sürətli keçidləri və pressinqi önəmli rol oynayıb. 

Bunu da xüsusi vurğulamaq lazımdır ki, "Bodo-Qlimt"in əsas heyəti demək olar yerli, oyunçulardan qurulub. Məsələn, dünən "İnter"ə qalib gələn heyətdə meydana çıxan 11 futbolçudan düz 9-u norveçli olub.

Bundan başqa, klubun idarəçiliyindən də çox şey asılıdır. Məhdud büdcə ilə belə komanda formalışdıra biliblərsə, demək ki, strategiya, transferlərdə seçim düzgün olub. Klub rəhbəliyinin uzunmüddətli inkişaf strategiyası seçməsi, baş məşqçiyə güvənməsi də bu cür nəticələrə gətirib çıxarıb.

Ramiq Ağaməmmədov

Посмотреть эту публикацию в Instagram

Публикация от Qol.az (@qolaz)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://qol.az
archiveBu xəbər 25 Fevral 2026 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see825

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see327

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see310

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see296

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see278

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see268

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see245

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see243

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see196

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see195

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see192

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see190

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see190

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see190

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see189

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see188

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see183

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see183

Xərçəngin müalicəsində tarixi İRƏLİLƏYİŞ: xəstələrin sağ qalma müddətini ikiqat artıran möcüzəvi həb

09 Oktyabr 2026 20:17see168

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri