Icma.az
close
up
RU
Radiasiya Problemləri İnstitutunun illik hesabatı: 5 yerli və 1 beynəlxalq patent AZƏRTAC

Radiasiya Problemləri İnstitutunun illik hesabatı: 5 yerli və 1 beynəlxalq patent AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 19 dekabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun Elmi şurasının 2024-cü il ərzində həyata keçirilmiş elmi-tədqiqat və elmi-təşkilati işlərinin yekun hesabatına həsr olunmuş iclası keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Tədbirdə bildirilib ki, Radiasiya Problemləri İnstitutunda tədqiqatlar radiasiya təhlükəsizliyi, radiasiya materialşünaslığı, radiasiya texnologiyaları, ekoloji təmiz energetika kimi 4 elmi istiqamətdə, 10 mövzu və 27 iş üzrə həyata keçirilib. Əldə edilən nəticələr 278 nəşrdə, o cümlədən 27-i Q1 siyahısında olmaqla 133 impakt faktorlu jurnalda nəşr edilib, nüfuzlu konfranslarda təqdim olunub. Radiasiya təhlükəsizliyinin elmi əsasları, radioaktiv material və maddələrin təbiətdə paylanması ilə əlaqəli ekoloji problemlər üzrə institutda 3 laboratoriya fəaliyyət göstərir. Laboratoriyalar “Böyük Qayıdış” Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq Ağdam, Fizuli, Cəbrayıl, Kəlbəcər rayonlarında kəhrizlərin bərpası və radionuklid tərkibi üzrə, İstisu və bağırsaq dərəsi termal su mənbələrinin radionuklid və kimyəvi tərkibi, radiasiya fon səviyyəsi, Zəngilan rayonu ərazisindəki torpaqlarda pestisid qalıqlarının paylanması üzrə tədqiqatlar aparıb, su tərkibi qiymətləndirilib, radioaktiv risk səviyyələri müəyyənləşdirilib, tövsiyələr hazırlanıb. Radionuklidlərlə çirklənmiş torpaqların yeni dezaktivasiya üsulu işlənıb və ixtiraya müvafiq patent alınıb (İ-20240029). Bununla yanaşı, yağlı bitki meyvələrinin (qoz, fındıq, şabalıd, badam, fıstıq, püstə) saxlama müddətini artırmaq, səthlərinin mikroorqanizmlərlə çirklənməsini dayandırmaq və onlarda təbii toksinlərin əmələ gəlməsinin qarşısını almaq məqsədilə onların sterilizasiyası üzrə tədqiqatlar aparılıb və 10,0 kGy udulan doza ilə şüalandırılmanın kifayət olduğu müəyyənləşdirilib.

Qeyd edilib ki, institut patent və ixtiraçılıq sahəsində nailiyyətlər qazanıb. 2024-cü ildə institut əməkdaşları tərəfindən 5 yerli, 1 beynəlxalq patent əldə edilib. Əqli Mülkiyyət Agentliyi tərəfindən tərtib olunan siyahıda institut alimlərinin aldıqları 3 patent “Yaşıl Patentlər“ arasında yer alıb. İnstitutda Avropa Komissiyasının - 2 Horizon qrant layihəsi yerinə yetirilir. Bu tədqiqatlar institut alimləri tərəfindən hazırlanmış diodların müasir tibb və bioloji elmlər sahəsində tətbiqinə xidmət edir.

Hesabat dinlənildikdən sonra müzakirələr aparılıb və yekdilliklə qəbul edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Dekabr 2024 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see413

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see278

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see227

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see166

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see161

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see161

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see160

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see146

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see140

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see136

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see132

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see130

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see129

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri