Icma.az
close
up
RU
Yerli sort qoyunlarımız niyə “YOXA ÇIXIR”?

Yerli sort qoyunlarımız niyə “YOXA ÇIXIR”?

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Bildiyimiz kimi, Azərbaycanda heyvanlandarlıq daim geniş yayılıb. Ancaq bir sıra statistik göstəricilərə əsasən, axır vaxtlar bəzi iribuynuzlu və xırdabuynuzlu heyvanların sayında azalma müşahidə olunur. Bunlardan biri də qoyunlardır. Belə ki, son illər ölkəmizdə yerli qoyunların sayı azalır. Buna görə də qoyunun xaricdən idxalı daha da artıb.
Hesablamalara əsasən ötən il xaricdən Azərbaycana 181 min 823 baş qoyun gətirilib.
Maraqlıdır ki, qoyunların sayının azalmasının səbəbi nədir?
 

MÖVZU İLƏ BAĞLI:
Quzu, yoxsa qoyun əti daha FAYDALIDIR?


Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bu məsələni birbaşa olaraq  otlaq sahələrinin azalmasıyla əlaqələndirib.
“Həm iri buynuzluların, həm də qoyunların, keçilərin sayı kəskin şəkildə azalıb. Son 6 ildə xırda buynuzlu heyvanların sayında  1 milyon 800 min-ə yaxın azalma  var. Bunun səbəbi son vaxtlar ot istehsalı, örüş sahələri, təbii biçənək ərazilərinin də azalmasıdır”.
Ekspert vurğulayıb ki, bu məsələyə Kənd Təsərrüfatı Nazirliyi diqqət etməlidir.
“İlk olaraq örüş, biçənək sahələri müəyyən edilməlidir. Bu örüş sahələri  mənimsənilib. Bələdiyyələr əkin işləri aparılmamalı olan ərazidə əkinlə məşğul olublar. Örüş əraziləri sıradan çıxıb ki, bu da heyvanların sayının azalmasına səbəb olub.
Dövlət Statistika Komitəsi ət istehsalında artım olduğunu göstərsə də, reallıq elə deyil.
 

Apardığımız hesablamalar göstərdi ki, ət istehsalının artımı yalnız ona görə baş verib ki, heyvanlar məcburi kəsimə verilib. Heyvanların sayının azalması hesabına ət istehsalının artması yaxşı göstərici deyil”. 


Bəs problemdən çıxış yolu nədir?
“Çıxış yolu örüş sahələrinin müəyyən edilib, o sahələrdə yemləmənin, suvarma işlərinin həyata keçirilməsi, toxum səpini həyata keçirilməsidir.  O cümlədən, növbəli otarılma təşkil edilməlidir. Bu edilməsə, heyvanların sayının daha da azaldığını müşahidə edəcəyik”-deyə müsahibimiz qeyd edib.
Vahid Məhərrəmov sonda vurğulayıb ki, qar yağdığı zaman xırda buynuzlu heyvanları otarmaq mümkün olmadı.
“Sahibkarlar da yemin olmamasından şikayət etdilər. Ot qiyməti də baha olduğuna görə onu da verə bilmədilər. Yəni, məsələ yemlə bağlıdır”.
Nəzrin Mirzəyeva, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://bizim.media
archiveBu xəbər 07 Mart 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1166

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see355

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see340

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see339

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see338

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see331

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see293

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see269

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see239

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see211

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see203

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see203

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see201

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see200

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see196

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see196

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see188

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see183

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see174

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri