Icma.az
close
up
RU
“Yetməmiş Yetmiş il... Oxu, tar... Səni kim unudar...”

“Yetməmiş Yetmiş il... Oxu, tar... Səni kim unudar...”

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Oxu, tar, oxu, tar! 
Səsindən ən lətif şeirlər dinləyim.
Oxu, tar, bir qadar!
Nəğməni su kimi alışan ruhuma çiləyim.
Oxu, tar!
Səni kim unutar?”

Şair Mikayıl Müşfiqin dillər əzbəri olan “Oxu,tar... Səni kim unutar!” şeirinin məlum qafiyəsinin dodaqaltı səslənişi fonunda  foyedə gəzişərkən Göyçay rayon Mədəniyyət Mərkəzinin son illərin böyük ədəbi-bədii gecəyə hazırlaşdığını müşahidə etməmək olmurdu. Biri-biri ilə söhbət edən tanış şəxslər, gülümsəyən doğma simalar, iki masaya düzülən “Tarın Məcnunu” adlı nəfis tərtibatlı kitablara edilən son düzəlişlər və tədbir öncəsi təlaşda olan təşkilatçılar...

Kimliyindən asılı olmayaraq tarsevərlər, sənətkarı sənətindən dolayı tanıyanlar milli musiqi alətinin mahir ifaçılarından sayılan peşəkar tarzən, pedaqoq Rövşən Zamanovun özünün yetmədiyi yetmiş illik yubiley tədbirinə, yəni “Sənət Sehrinin ünvanı - Rövşən Zamanov”a üz tuturdu.

Kədərli idi... Sənətkarın  sağlığından bu tədbir gözlənilirdi. Özü də yetmiş illik tədbirini gözləyirdi, ancaq tale onu uzun sürən ağır xəstəlik səbəbindən ötən ilin 10 avqust tarixində aramızdan  aldığından tədbir sənətkarsız baş tutdu.

Ancaq özü olmasa da, 69 illik ömür müddətinə sıxışdırdığı  sənətkar tarzən adı və sinəsindən düşürmədiyi doğma tarına olan müqəddəs yanaşmadan bəhs olunan, yazıçı-publisist Südabə Sərvinin müəllifi olduğu və çoxsaylı müəllif yazılarının, xatirlərin yer aldığı “Tarın Məcnunu” adlı 570 səhifəlik xatirə kitabı sənətkar adından xüsusi qonaqlara imzalanaraq təqdim edildi.

Bakı şəhərindən Rövşən Zamanov adına və tarının sədasına üz tutan Ağasəlim Abdullayev, Möhlət Müslümov, Mahmud Əliyev kimi Azərbaycan musiqi sənətinin görkəmli insənət xadimləri, xalq və əməkdar artistlər, yazıçı və jurnalistlər, eləcə də rayonun mədəniyyət və təhsil nümayəndələri hissə-hissə daxil olaraq zalda yerlərini tutdular. Hamının gözü səhnədədir, hamı sənətkarı axtarır... Ancaq ekranda sənətkar, sinədə tar susur...

Mərhum tarzən isə alicənab  duruşu, ziyalı baxışı, xəfif gülümsəyən siması ilə banerdən onun 70 illik yubileyinə toplaşanlara “təşəkkür”ünü bildirir, ruhunun şad olduğunu əmin edirdi. Şəkli belə ”Sənətinə sədaqət nümunəsidir”. Eynilə müəllimi olmuş mərhum sənətkar, Xalq artisti Ramiz Quliyev şagirdi barədə sağlığında dediyi kimi.

Pedaqoq, publisist Adil Məmməd, həmkarı Südabə Sərvi ilə birlikdə  ədəbi-bədii xatirə gecəsinə gələnləri salamlayır, sənətkar ruhu və şəhidlər himn sədəları altında bir dəqiqəlik sükütla yad edilir. Vətən uğrunda canını fəda edən Şəhidlərimizə və sənətinin şəhidi olan Sənətkarlara Allah Rəhmət eləsin!

Ardınca ustad tarzənin həyat və sənət yolundan bəhs edən video çarx təqdim edilir, onun tar sənətinə olan 50 illik ömür yoluna nəzər salınır... Ömrünü həsr etdiyi ancaq haqsızlıq səbəbindən uzaqlaşdığı Göyçay Uşaq Musiqi məktəbinin foyesindən onun tarının əks sədaları hələ də unudulmayıb. İş yoldaşları deyir ki, iş saatı bitsə də, Zamanovun otağından sonsuzluq rəmzi sayılan tarın yanıqlı sədaları həmişə eşidilirdi. Sənətkar nə tardan doyurdu, nə də sənətindən yorulurdu. Bu istedad onda bədahətən idi, sanki tarzən olmaq üçün dünyaya gəlmişdi.

Rövşən Gülməmməd oğlu Zamanov 17 noyabr 1954-cü il Göyçay şəhərində sadə, zəhmətkeş bir ailədə anadan olub. Bir ömür tar ilə danışan sənətkar ilk musiqi təhsilini 1964-1969-cu illərdə Göyçay Uşaq Musiqi Məktəbində  tar ixtissasında alıb. Növbəti dörd ildə isə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində tar ixtissası üzrə orta ixtisas təhsili alaraq doğma rayonuna təyinatla göndərilib. Ancaq ali təhsil almaq istəyi tarzənin 1982-1987-ci illərdə  Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam edirmək nəsib olur. Tanınmış ustadlardan dərs alıb, onların sənətinə dərindən bələd olub. 1973-cü ildən 2008-ci ilə qədər Arif Məmmədov adına Göyçay Uşaq Musiqi Məktəbində peşəkar müəllim kimi çalışıb, çoxlu şagirdlər yetişdirib. 2008-2022-ci illərdə isə həmin məktəbin  direktoru olaraq da çoxsaylı yeniliklərə imza atıb. Bu mənada  tar sənətinin təbliği və milli musiqi alətinin yaşadılmasında çoxsaylı konsertləri, ustad dərsləri və pedaqoji fəaliyyəti xüsusidir. Azərbaycan Radiosunun Qızıl Fondunda 16 audio lenti saxlanılır ki, Rövşən Zamanov Şövkət Ələkbərova, Süleyman Abdullayev, Vahid Abdullayev, Könül Xasıyeva, Səməndər Məmmədov kimi məşhur ifaçıları tarda müşayiət edib. Sənətkar sağlığında ona rayondakı fəaliyyəti ilə bağlı irad tutanlara deyirdi ki, “daş düşdüyü yerdə ağır olar”, yəni peşəkar tarzən olsa da, Bakıda deyil, doğma rayonunda qalıb milli musiqi alətinin canlı ifaları ilə bölgə camaatını da feyziyab etməyi, onları tarın ecazkar səsindən, ruha qida olacaq müşayiətindən məhrum etməməyi üstün tutduğunu deyir və əməl edib də. Çünki sənət dostları, tələbə yoldaşları, böyük sənətkarlar ondakı özünəməxsus parlaq istedadın çox yüksək məramlara layiqliyini hiss etmişdi. Hər kəs onu paytaxta layiq bilirdi. O, isə tarına sarılıb rayondan və ifaçılığından uzaq düşməməyi qət etmişdi.

Ardınca çıxış edən yazıçı-jurnalist Məzahir Əhmədoğlu və həmkarı Südabə Sərvi tərəfindən Rövşən Zamanov barədə yazılan, bir çox şəxslərin maddi və mənəvi zəhməti hesabına ərsəyə gələn  “Tarın Məcnunu” kitabının təqdimatı edilərək bildirildi ki, kitabda yer alan 100 dən artıq sənət və həyat dostlarının xatirlərindən süzülən məqalə, müsahibə və xatirələr toplumu sənətkar haqqında yazılacaq və deyiləcək xatirələrin çox olduğunu göstərir. Kitabda xaricdə yaşayan, sənətkarı tanıyan, sənətkarlığına bələd olan yerli və əcnəbi sənət fədailərinin, ziyalıların da yazıları yer alıb.

Rövşən Zamanovun tələbəlik yoldaşı, 55 ilin dostu, görkəmli tarzən-pedaqoq, Xalq artisti, professor Möhlət Müslümov, Azərbaycan Milli Konservatoriya nəzdində Musiqi kollecinin direktoru Nazim Kazımov, ustad tarzən-pedaqoq, Azərbaycan Milli Konservatoriyasının dosenti Mahmud Əliyev də tarzən-pedaqoq Rövşən Zamanov barədə xoş xatirələrini paylaşıb, sənətinin, sənətkarlığının, eləcə də dostluğunun xüsusi dəyərindən bəhs etdilər. Digər sənətsevər çıxışçılar da Rövşən Zamanovun pedaqoq və ifaçı kimi fəaliyyətinin rayon musiqi mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərini, onun bölgədə tar ifaçılığının peşəkar tanıtım və sevdirilməsi istiqamətindəki uğurlarını çatdırdılar. Bu mənada oğul övladı Mürsəl Zamanov tərəfindən atasından yadigar qalan bütün  ifaların qorunaraq şəxsi yutub kanalında saxlanılması sənətkarın  yaradıcılıq irsinin yaşadılması, gənc nəsillər tərəfindən öyrənilməsi, təqdid edilməsi  istiqamətində görülən müstəsna xidmət də qeyd edildi.

Ədəbi-bədii gecədə Zamanovun ifasında “Koroğlu” operasından rəqs, Vasif Adıgözəlovun “Qərənfil” və Ramiz Mirişlinin “Dalğalar” əsərlərinin lent yazısı nümayiş olunarkən onun tardakı peşəkar ifaçılığı və tara, böyük əsərlərə ehtiramlı yanaşması izləyicilərdə nostalji təəssüratlar yaratdı. Digər peşəkar xanəndə və musiqiçilərin də səhnədəki ecazkar ifaçılığı sənətkar ruhuna, tarına olan sədaqət simfoniyası idi ki, dinlədikcə yorğunluq, izlədikcə könüllər fərah oldu.

Tədbirdə rəssam pedaqoq Ehtiram Kərimovun müəllifi olduğu  “Rövşən Zamanov” portreti və digər xatirə əl işləri ailə üzvlərinə təqdimatı edildi ki, bu da mərhum sənətkara olan ehtiram və sayğıdan dolayı son hədiyyə idi.

Tədqiqatçı, yazar-jurnalist Jalə Cəfərlinin Rövşən Zamanov portretinə xitabən üzrxahlıq dolu monoloqu içdən gələn fəryadın həzin pıçıltısı idi. Özünün olması gərəkib də iştirak edə bilməmək imkanına yazıçı harayı, ədəbiyyatçı hüznü, sənətsevər peşmanlığı... Amma bu təsirli monoloq bir anlıq Zamanovu hamı üçün canlı, sənətkarı hamı üçün səhnədə özü varmış kimi hiss etdirdi.

Sonda ədəbi-bədii gecə Rövşən Zamanovun həzin ifası ilə bağlı elan edildi...

Bu solo ifa canlı olmasa da qonaqlara

“Oxu, tar! Mən səndə 
İstənən havanı çala da bilərəm.
Mən səndən bu günün zövqünü
Ala da bilərəm”
, - deyə sənətkar ruhu son dəfə tarına toxunub hərkəslə vida anının kədərli notlarını çatdırırdı.

Nə təəssüflər ki, sənətkar tarı kökdən düşməsə də, ancaq son dəfə onu öpüb vidalaşan sənətkarının əbədilik axtarışındadır.

Ancaq həmkarı, müəllim yoldaşı Həyat Ələkbərova demişkən “Rövşən Zamanovlar yetişdirilmir, gərək doğulasan”...

Susuram... Müəllifi olduğum bir neçə müsahibə və yazıların yer aldığı “Tarın Məcnunu”dan bir nüsxə xatirə toplusunu götürüb vidalaşdım... Amma qulağımda sədası getməyən sənətkarsız tarın tənha halı məni məhcub etməkdədir...

Görən o tarı Rövşən Zamanov peşəkarlığında, Rövşən Zamanov doğmalağında, Rövşən Zamanov sədaqətində sinəsinə basıb “Gecələr” “Arzu” ifa edən, siminə “Ruhani havası”ilə toxunan olacaq? Yoxsa “Ayrılıq” əbədi onunla xatırlanacaq? Sənətkar, ruhun şad olsun!

Günel Sabirqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Dekabr 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see280

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see278

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see272

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see237

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see224

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see138

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri