Yevlaxda marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 21 oktyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən daxil olan müraciət əsasında Yevlax rayonunun Aşağı Bucaq kəndində fəaliyyət göstərən, fiziki şəxs Kərim Şubay oğlu Bədəlova məxsus “Kərim” marketdə yoxlama keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı müraciətdə göstərilən fakt təsdiqini tapıb və marketdə istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsullarının satışa çıxarıldığı məlum olub.
Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilərək məsuliyyətə cəlb olunub, istehlaka yararsız məhsulların satışının qadağan edilməsi, dövriyyədən çıxarılması və məhv edilməsi barədə qərar qəbul olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 21 Oktyabr 2025 19:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















