Yevlaxda YOL PROBLEMİ: Xəstələnəndə təcili yardıma zəng edirik, deyirlər ki, biz oraya gələ bilmərik
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Yevlaxın 32-ci məhəllə adlanan ərazisində yeddi küçənin sakinləri yolların yararsız halda olmasından əziyyət çəkirlər. Məhəllədə 500-ə yaxın ailə məskunlaşıb.
Onlar Baku TV-nin qaynar xəttinə müraciət edərək qış aylarında vəziyyətin daha da çətinləşdiyini söyləyiblər.
Yevlaxda YOL PROBLEMİ: "Xəstələnəndə təcili yardıma zəng edirik, deyirlər ki, biz oraya gələ bilmərik"
"Xəstələnəndə təcili yardıma zəng edirik, deyirlər ki, biz oraya gələ bilmərik", "Asfalt çəkməsələr də, heç olmasa qırıntısını gətirib töksünlər", - deyə sakinlər narazılıqlarını bildiriblər.
1500-ə yaxın sakinin yaşadığı məhəllənin yol problemi ilə bağlı Yevlax Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, sözügedən məhəllə qurum tərəfindən qreyder vasitəsilə hamarlanıb.
İntensiv yağışlardan sonra küçələrdə bu vəziyyət yaranıb. Yer quruduqdan sonra əraziyə texnika cəlb edilərək yenidən hamarlanacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 28 Yanvar 2026 21:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















