Icma.az
close
up
RU
Teatrın tarixi ənənələrini özünə qaytaran quruluş

Teatrın tarixi ənənələrini özünə qaytaran quruluş

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ağdam Dövlət Dram Teatrının tamaşası haqqında

Bu komediya 1850-ci illərdə yazılmış, Azərbaycan maarifçiliyinin ilk parlaq nümunələrindən biridir. Mirzə Fətəli Axundzadənin qələmə aldığı altı məşhur komediyasından biri hesab edilən “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və dərviş Məstəli şah Cadükuni-Məşhur” komediyasında Şərq cəmiyyətində geniş yayılmış cahillik, mövhumat, cadugərlik, avamlıq, həmçinin Avropa elm və sivilizasiyasına qarşı primitiv müqavimət kimi problemləri satirik dillə ifşa edir. Əslində, bu əsərin mərkəzində iki zidd qüvvə dayanır. Avropada təhsil almış fransız təbiətşünası, elm və rasional düşüncənin daşıyıcısı sayılan Müsyö Jordan, digər tərəfdə isə mövhumat və cadugərlik “peşəsi” ilə xalqı aldadan uydurma dini mistikanın rəmzi hesab edilən Dərviş Məstəli şah.

Bu günlərdə Ağdam Dövlət Dram Teatrının səhnəsində gənc və istedadlırejissor Fuad Cavadzadənin quruluşunda Mədəniyyət Nazirliyinin “Öyrədərək öyrənirəm” layihəsi çərçivəsində M.F.Axundzadənin “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və dərviş Məstəli şah Cadükuni-Məşhur” eyni adlı komediyasının motivləri əsasında hazırladığı “Müsyö Jordanın Qarabağ sərgüzəştləri” tamaşasının premyerasında iştirak etdim.

Öncə qeyd etməliyəm ki, maraqlı rejissor traktofkası Ağdam Dövlət Dram Teatrının tarixi ənənələrini özünə qaytarmış oldu. Əslində, rejissor Fuad Cavadzadə müəllif ideyasına sadiq qalaraq əsərin əsas sujet xəttindən irəli gələn elmin mövhumata qalib gəlməsi, cəmiyyətin tərəqqiyə doğru yönəlməsinin vacibliyi prizmasından çıxış edərək uğurlu səhnə həllini təqdim edə bilmişdir. Rejissor traktofkasına görə əsərin süjet xətti və dramaturji quruluşu əsasən üç mühüm xətt üzərində inkişaf edir. Müsyö Jordan və Şahbazın Parisə getmək arzusu, Şahbaz – Şəhrəbanu – Şərəfnisə üçbucağı və Dərviş Məstəli şahın “cadugərlik” fəaliyyəti. Rejissorun uğurlu təqdimat baxışı daha dolğun və maraqlı olmaqla Şahbazın bir gənc olaraq elm öyrənmək, Avropa mədəniyyətini görmək istəyindən irəli gələrək maarifçilik və modernləşmə ideyasını ifadə etməsi eləcə də Şəhrəbanu xanımın Avropa və elmi inkişafdan qorxan köhnə düşüncəli Şərq qadın obrazının təqdimi həmçinin hadisələrin inkişafı fonunda Məstəli şah tərəfindən guya göydəki “cin ordusunu” hərəkətə gətirərək Parisə “qəza-bəla göndərdiyini” iddia etməsi səhnədə daha dolğun güclü satirik məzmunu təşkil edir. Həmçinin eyd etməliyəm ki, tamaşa boyu Müsyö Jordan obrazının səhnə təqdimatı rejissorun quruluş ideyasından irəli gələrək surətin həm də Avropa elminin Qafqaza gəlişini simvolizə edir. Rejissor öz səhnə quruluşu ilə bir daha cahil xalqı aldadıb cadugərlik, falçılıq, ruhanilik pərdəsi altında öz mənfəətini güdən sarsaqlığın rəmzi olaraq bütün “möcüzələri” baş verən hadisələrin təsadüfən üst-üstə düşməsi ilə bağlılığını ön plana çəkməklə xalqın avamlığından bəhrələnən saxtakar ruhani – mövhumat tandemini maraqlı detallarla ifşa edir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, əsərin bütün konfliktləri rejissor traktofkasının baxış bucağında elm – mövhumat qarşıdurması ideyası üzərində qurulub. Səhnə quruluşunda xüsusi önəm verilən əsas amillərdən biri də məhz dialoqların çox canlı və xalq danışıq dilinə uyğunlaşdırılmasıdır. Səhnə quruluşunda hər bir obrazın özünəməxsus danışıq tərzi var.

Komediyanın əsas surətlərindən biri hesab edilən Müsyö Jordan obrazını gənc və istedadlı aktyor Anar Əhməd ifa edir. Obrazın xarakterik xüsusiyyətlərindən irəli gələrək onun xarici görünüşü, davranışı və danışıq tərzi yerli insanlardan fərqlənir. Aktyor öz maraqlı ifa tərzi ilə bu kimi fərqləri daha böyük usatlıqla satira vasitəsilə qabarıqlaşdıra bilir. Aktyorun ifasında obraz həmçinin elm, mədəniyyət və Avropa düşüncə tərzinin simvolu olaraq da təqdim edilir. Anar Əhməd öz ifa tərzi ilə yerli adət-ənənələri anlamayan, sadaladığı elmi terminləri şişirdilmiş şəkildə təqdim etməklə baş verən hadisələri həm müsbət, həm də satirik planda göstərə bilir.

Maraqla izlənən surətlərdən biri də aktrisa Zərifə Ağayevanın ifasında Şərəfnisə obrazıdır. Şərəfnisə pyesdə Şahbazın sevdiyi qız, eyni zamanda onunla evlənmək istəyən, lakin bir sıra maneələrlə qarşılaşan gənc qadın surətidir. Aktrisanın ifasında bu obraz təbiətən mehriban, zərif, utancaq və romantik surət olaraq təqdim olunur. O, qadın qəhrəman kimi əsərin emosional xəttini özünəməxsus ştrixlərlə yaratmaqla hadisələrin inkişafında mühüm rol oynayır. Qeyd etmək lazımdır ki, Şərəfnisənin simasında dövrü üçün qadınların cəmiyyətdəki sosial mövqeyi əks etdirilir. Bu baxımdan da obraz maraqla izlənilir. Şərəfnisənin - aktrisa Zərifə Ağayevanın ifasında ən mühüm bədii funksiyalarından biri də onun mövhumatın qurbanı kimi göstərilməsidir. Aktrisa həmçinin obraz vasitəsilə göstərməyə müvəffəq olaraq “cəhalət qadınları daha çox təsir altına salır, onları öz təbii xoşbəxtliklərindən uzaqlaşdırılır” fikrlərinin bir daha göstəricisi olaraq maraqla izlənilir.

Şahbaz bəy əsərdə maarifçi, elm və tərəqqi arzusunda olan gənc kimi təqdim edilir. O, müasir düşüncəli, dünyagörüşlü və dəyişiklik istəyən Azərbaycan gəncinin bədii simvoludur. Şahbaz bəy Fransaya getmək, Parisdə təhsil almaq və dünya mədəniyyətini mənimsəmək istəyir. Bu obrazı aktyor Fərhad Fərhadzadə ifa edir. Aktyorun ifasında obraz maarifçi ideyaların daşıyıcısı həmçinin öz dövrü üçün müdafiə etdiyi maarifçilik ideyalarının canlı ifadəsidir. Aktyorun təqdimatında Şahbaz bəy obrazı həmçinin qərbə yönələn, dəyişiklik istəyən müsbət bir tipdir. Onun xarakteri köhnə-fikirliliklə yenilik arasında gedən mübarizəni təcəssüm etdirir. Qeyd etmək lazımdır ki, aktyorun ifasında bu obraz eləcə də ictimai idealların, şəxsi duyğuların daşıyıcısıdır. Bu kimi xüsusiyyətlər isə onu pyesin ən obyektiv və “ağıllı” personajlarından birinə çevirə bilir.

Tamaşa boyu maraqla izlənilən obrazlardan biri də aktrisa Afərdə Əhmədovanın ifasında Şəhrəbanu xanım obrazıdır. Aktrisanın ifasında obraz sanki tipik Şərq qadını modelinin nümayəndəsi olaraq təqdim edilməklə bütün düşüncə tərzi, davranışları, qorxuları və inamları dövrün qadın dünyasını təcəssüm etdirir. Aktrisanın ifasında Şəhrəbanu xanım obrazının ən mühüm xarakterik cəhəti onun mövhumata sonsuz inamıdır. Bu xüsusiyyət Şəhrəbanu xanımı əsərin satirik hədəflərindən birinə çevirir. Aktrisanın ifasında Parisin cadularla “dağıldığına” inanması, Dərviş Məstəli şahın dumanlı sözlərini ilahi həqiqət kimi qəbul etməsi və eləcə də Müsyö Jordanı “cadugərin hədəfi” kimi görməsi kimi elementlər obrazın komediya janrına yaxın etməklə onu daha da gücləndirə bilir.

Aktyor Ramil Hüseynzadənin ifasında təqdim edilən Hatəmxan ağa obrazı maarifçilik ideyalarından uzaq, fikirlərində isə əsasən “eşitdiyi sözlər”, “qorxulu rəvayətlər” və yerli mühitin inamlarına söykənir. Aktyorun ifasında obrazın tipik xüsusiyyətləri kimi Avropa mədəniyyətindən çəkinmə, yeniliyə ehtiyatla yanaşma, mövhumata inanma (tam fanatik olmasa da, təsir altında qalır) çox vaxt isə qərarsızlıq və bir qədər sadəlövhlük əsas göstərilməklə satirik fonda tənqid obyektinə çevrilə bilir.

Aktrisa Xəyalə Xudadatovanın ifasında təqdim edilən Xanpəri obrazı davranış həmçinin düşüncə tərzi ilə dövrün əişət həyatını və xalq psixologiyasını əks etdirə bilir. Xanpəri də pyesin qadın qəhrəmanlarının əksəriyyəti kimi mövhumatın təsiri altındadır. Tamaşa boyu cərəyan edən hadisələr fonunda onun bütün reaksiyaları əsərin satirik mahiyyətini artırmaqla mövhumata qarşı olan marağının daha güclü münasibətini aydın şəkildə göstərə bilir.

Dərviş Məstəli şah əsərin əsas satirik obrazlarından biridir. O, mövhumat, cadugərlik və saxtakarlığın canlı təcəssümüdür. Bu obrazı aktyor Qalib Abdullazadə ifa edir. Aktyorun ifasında Dərviş Məstəli şah yalnız fərdi tip deyil, həm də cəhalət və mövhumatın təcəssümüdür. Əslində Dərviş Məstəli Şah obrazı Şərq mistisizmini, xurafatını və onun cahil cəmiyyətdə necə təsirli olduğunu tənqid etmək məqsədilə yaradılmış bir satirik obrazdır. O, “cadugar” kimi görünərək, insanların zəifliklərindən batil inanclar, dünya malına hərislik və s. istifadə etməklə öz mənafeyinə xidmət edən hiyləgər bir obraz olaraq maraqla baxılır.

Tamaşada həmçinin məktub gətirən qasid (Camal Zamanov), nökər (Tural Yusifov), xanəndə (Behbud Əsgərov), tarzən (Turan Nərimanov) və kamançaçı (Yusif Ziyadlı) kimi epizodik obrazları da aktyorlar tərəfindən yaddaqalan surətlər olaraq təqdim edilir.

Tamaşanın quruluşçu rəssamı üşviq Qarayevin, geyim üzrə rəssamı Qönçə Həzizadənin və rəqslərin quruluşu olan Şükür Həsənzadənin əməyi də xüsusi olaraq qeyd edilməklə ümumi ahəngin qorunması və yeni ruhda təqdiminə tövhə verdiyi qeyd edilməlidir.

Səhnədə hər bir detalın vəziyyətə uyğun işlənməsi ümumi bədii bütövlüyün formalaşmasında mühüm rol oynayır və quruluşçu rejissorun düşünülmüş yanaşmasını açıq şəkildə nümayiş etdirir. Heç bir səhnə elementi təsadüfi xarakter daşımır, əksinə, hər detal hadisələrin gedişinə, obrazların xarakterinə və ideyanın çatdırılmasına xidmət edir. Burada səhnə dekorasiyası tamaşa boyu dəyişən situasiyalara uyğun olaraq funksional məna daşıyır. Məsələn, Məstəli şahın məkanı qaranlıq tonlar, dar və sıx mühitlə təqdim olunaraq mövhumat və gizli cadugərlik atmosferini gücləndirir. Bunun əksinə olaraq, Müsyö Jordanın olduğu səhnələrdə daha açıq məkan təsiri yaradılır, rekvizitlər (bitkilər, kitablar, alətlər) elmi marağı və rasional düşüncəni simvolizə edir. Beləliklə, dekorasiya ideoloji qarşıdurmanın vizual ifadəsinə çevrilir.

Beləliklə, Ağdam Dövlət Dram eatrının səhnəsində gənc və istedadlı rejissor olan Fuad Cavadzadənin quruluşunda təqdim olunan tamaşada Axundzadənin əsas ideyası olaraq elmi düşüncə ilə mövhumatın, rasional ağıl ilə xurafatın toqquşması canlı və təsirli formada təqdim olunur. Burada hər bir səhnədə aktyor oyunu xüsusilə diqqətəlayiqdir. Belə ki, bəzi hallarda obrazların xarakteri şişirtmə və komik çalarlarla verilsə də, bu, əsərin satirik ruhuna uyğundur. Dialoqların canlılığı, situasiya komizmi və milli koloriti tamaşanın təsir gücünü artırır.

Son nəticədə tamaşa yalnız gülüş məqsədi daşımır, əksinə maarifçi çağırışı edərək cəmiyyətin inkişafı üçün elmə, düşüncəyə və yeniliyə açıq olmağın vacibliyini xüsusi olaraq vurğulayır. Bu baxımdan, tamaşa həm klassik irsin müasir formada baxışı, həm də aktual sosial mesaj daşıyan uğurlu səhnə əsəri kimi müsbət qiymətləndirilə bilər.

Anar Ərtoğrul Burcəliyev

Teatrşünas-tənqidçi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 28 Yanvar 2026 23:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see290

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see267

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see266

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see266

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see262

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see256

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see250

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see241

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see233

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see225

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see222

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see221

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see215

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see215

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see201

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see200

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see197

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see192

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see186

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri