Icma.az
close
up
RU
Yığım mövsümü başa çatır

Yığım mövsümü başa çatır

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Regionlarda pambıq tədarükü ümidvericidir

Pambıqçılıq uzun illər boyu ölkə iqtisadiyyatında mühüm yer tutub və inkişaf edən sektorlardan biri olub. Xüsusilə, XX əsrin əvvəllərindən etibarən pambıq istehsalı, həm yerli bazarda, həm də xarici ticarətdə ölkənin maliyyə vəziyyətinə əhəmiyyətli təsir göstərib. Pambıq istehsalının səmərəliliyini artırmaq və bu sahədəki mövcud problemləri aradan qaldırmaq üçün dövlət tərəfindən atılan addımlar xüsusilə önəmlidir.

Pambıq istehsalçılarına verilən subsidiyalar bu sahədə istehsalın artırılması, daha yüksək məhsuldarlıq əldə edilməsi və kənd təsərrüfatı sahəsinin ümumi inkişafına dəstək vermək məqsədi daşıyır. Subsidiyalar, həmçinin pambıq istehsalçılarına texnologiya və avadanlıqların yenilənməsi, əkin sahələrinin genişləndirilməsi və keyfiyyətli toxumların istifadəsi üçün stimul yaradır.

Bu il 360 min tondan çox məhsul yığılıb

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bu günə qədər Azərbaycanda pambıq əkini aparılmış 100 468,1 hektar sahədən 360 min tondan artıq xam pambıq tədarük olunub. Orta məhsuldarlıq hər hektarda 35,84 sentner təşkil edib. Bu, pambıqçılıqda müstəqillik dövrünün ən yüksək orta məhsuldarlıq göstəricisidir.

2025-ci təsərrüfat ilində 16 rayonda pambıq əkilib. Əkinlərin 86 faizə yaxını pambıqçılıq üzrə ixtisaslaşmış 9 rayonun (Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar, İmişli, Neftçala, Saatlı, Sabirabad, Salyan) payına düşür. Bu rayonlarda pambıq əkinlərinin ümumi ərazisi 86 min hektara yaxındır. Bu il ən çox pambıq Saatlı (12 634,1 ha), Ağcabədi (11 821,7 ha) və Sabirabad (11 086,2 ha) rayonlarında əkilib. 2025-ci təsərrüfat ilində pambıq üzrə ən yüksək məhsuldarlıq Beyləqan rayonunda qeydə alınıb. Bu rayonda orta məhsuldarlıq göstəricisi 41,88 sentner/ha təşkil edib. Rayon üzrə əkin aparılmış 8 898,3 ha sahədən 37 264,1 ton məhsul yığılaraq tədarük məntəqələrinə təhvil verilib.

Orta məhsuldarlıq göstəricisinə görə növbəti yerləri Neftçala (39,79 sentner/ha), Biləsuvar (39,90 sentner/ha), Tərtər (37,61 sentner/ha), Bərdə (37,31 sentner/ha) və Saatlı (36,06 sentner/ha) rayonları tutur. Bu rayonlarda pambıq üzrə orta məhsuldarlıq göstəricisi ümumrespublika göstəricisindən yüksəkdir.

Stimullaşdırıcı tədbirlər məhsuldarlığı artırır

İstehsalın və məhsuldarlığın artmasına dövlətin stimullaşdırıcı tədbirlərlə yanaşı, fermerlərin zəruri əkin ehtiyatları ilə təmin edilməsi müsbət təsir etməkdədir. Belə ki, pambıq əkinləri torpaq mülkiyyətçisi olan fermerlərlə pambıq tədarükü və emalı şirkətləri arasında bağlanan müqavilələr əsasında şirkət toxum, gübrə, pestisid və herbisidləri çatdırır, eləcə də torpağın əkinə hazırlanması, aqrotexniki qulluğun göstərilməsi və məhsulun yığılması ilə bağlı texnika təchizatını həyata keçirir, nəticədə bu əkinlə məşğul olanlarda marağı artırır. Həmçinin, bitkinin vegetasiya dövründə fermerə zəruri məsləhətlər vermək üçün aqronom ayırır, əkin xərclərini qarşılamaq üçün avans verir. Bu amil də pambıqçılıqda motivasiya üçün əhəmiyyətli rol oynayır. Bütün bunların müqabilində fermer daha yaxşı məhsul yetişdirməyə çalışır, müqavilədə müəyyən olunmuş öhdəliyi intizamla yerinə yetirir.

Yeri gəlmişkən, pambıqçılıqda son illərdə müasir aqrotexniki üsullar, yeni texnoloji metodlara da üstünlük verilir. Məsələn, “Contract farming” formatında müqaviləli əkin fermerlərin əkin xərclərini və məhsul satışı problemini aradan qaldıran üsul kimi Azərbaycanda uzun illərdir tətbiq olunur və özünü uğurla doğruldur.

Fermerlərə 195 manat subsidiya ödəniləcək

Nazirlik hazırda pambıq əkən fermerlərə təhvil verdikləri məhsula görə subsidiyaların ödənilməsinə başlandığını bildirir. Subsidiya ödənişləri maliyyə qrafikinə uyğun olaraq dekabrın 30-da başa çatacaq. Xatırladaq ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2025-ci təsərrüfat ilində müasir suvarma sistemləri ilə təchiz olunmuş sahələrdə yetişdirilmiş məhsulu pambıq emalı və tədarükü şirkətlərinə təhvil verən fermerlər hər tona görə dövlətdən 210 manat subsidiya alacaqlar. Ənənəvi üsulla suvarılan sahələrdə yetişdirilib tədarük məntəqələrinə təhvil verilən pambığın hər tonuna görə isə fermerlərə 195 manat subsidiya ödəniləcək.

Pambığa görə məhsul subsidiyası 15 dekabra qədər pambığın təhvil verilməsinə dair qəbzləri Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edən fermerlərə verilir. Gecikən fermerlərə isə subsidiyaların ödənişi 2026-cı maliyyə ilinin 2-ci rübündə həyata keçiriləcək.

2026-cı ildə subsidiyalar 200-215 manat olacaq

Aqrar Subsidiya Şurası növbəti təsərrüfat ili üçün pambıq istehsalına görə məhsul subsidiyasının artırılması barədə qərar qəbul edib. 2026-cı ildə fermerlərə müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələrində yetişdirilən pambığın hər tonuna görə 215 manat, müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələrində yetişdirilən pambığın hər tonuna görə isə 200 manat subsidiya ödənilməsi nəzərdə tutulur.

Gələn il pambıq üzrə məhsul əmsalı Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Biləsuvar, Goranboy, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Tərtər, Yevlax, Zərdab rayonlarına, habelə Cəlilabad rayonunun Günəşli və Təzəkənd kəndlərinə və Ucar rayonunun Xələc kəndinə şamil ediləcək. Digər rayonlarda əkiləcək pambığa görə isə məhsul subsidiyası ödənilməyəcək.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır.

Yeganə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Dekabr 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri