Icma.az
close
up
RU
Yığma fasiləsi “Qalatasaray”a düşərli olmadı

Yığma fasiləsi “Qalatasaray”a düşərli olmadı

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Qalatasaray” üçün yaxşı məcrada davam edən mövsümdə sıxıntılar baş qaldırmağa başlayıb.
"Football-plus.az" xəbər verir ki, İstanbul nəhəngi ötən həftiçi Çempionlar Liqasında səfərdə “Ayaks”ı darmadağın edərək bütün turnirlərdə məğlubiyyətsiz seriyanı 9 oyuna yüksəltdi.
Düşünmək olardı ki, son çempion debütant “Kocaelispor”u da məğlub edərək yığma fasiləsinə yüksək əhval-ruhiyyədə yollanacaq. Amma hər şey əksinə oldu. İstanbul nəhəngi Kocaelidə şok məğlubiyyətlə üzləşdi. Bu azmış kimi, komanda bir-birinin ardınca əsas futbolçularını itirməyə başladı.
Bilindiyi kimi, oyunlara pul qoyuluşu ilə bağlı qalmaqalda adı keçən iki “Qalatasaray”lı futbolçuya – Ərən Elmalı ilə Metehan Baltacıya cəza verildi. Federasiya Ərəni 45 günlüyə, Metehanı 9 aylığa futboldan kənarlaşdırdı. Baltacı ciddi itki sayılmasa da, Elmalı əsas heyətin önəmli isimlərindən idi.
Camiənin göz bəbəyi Viktor Osimhendən də üzücü xəbərlər gəlib. Nigeriya DÇ-2026-nın seçmə turnirinin Afrika zonası üzrə pley-off mərhələsinin final oyununda Konqo DR-ə penalti seriyasında uduzub. Osimhen həmin qarşılaşmanın fasiləsində ayağının arxa hissəsində ciddi ağrılar hiss etdiyi üçün əvəzlənib. Fransanın “Ekip” nəşrinin yazdığına inansaq, ünlü forvard əvəzlənərkən göz yaşını saxlaya bilməyib. Ortaya çıxan ilk görüntülər onun zədəsinin ciddi olduğundan xəbər verir. Osimhen “Qalatasaray” rəsmiləri ilə telefon danışığında ayağında ağrı hiss etdiyini və yeriyərkən axsadığını deyib.
26 yaşlı futbolçu sabah İstanbula qayıdacaq və dərhal da tibbi müayinədən keçəcək. Onun həftəsonu “Gənclərbirliyi”nə qarşı matçı buraxmaq ehtimalı yüksəkdi. Bu arada Osimhenin sabiq “Beşiktaş”lı Artur Masuaku ilə mübarizədə zədələndiyini də bildirək.
“Qalatasaray”ın digər üzvlərinə gəlincə, Yunus Akgün bel yırtığından əməliyyat olunub və bu il bir daha meydana çıxa bilməyəcək. O ən yaxşı halda yanvarın 21-də “Atletiko” ilə matçda oynayacaq.
Türkiyə yığmasının son matçında Kaan Ayhan da zədələndi. Rotasiya oyunçusu kimi istifadə olunan Berkan Kutlu isə noyabrın 15-dəki məşqi zədə üzündən yarımçıq tərk etməli oldu. Yeganə sevindirici xəbər İlkay Gündoğanla bağlıdı. “Bude/Qlimt”lə matçdan öncə zədələnən 35 yaşlı futbolçunun adı bu həftə iştirak ərizəsinə salınacaq. Onun gələn həftə ÇL-də “Yunion”la matçda əsas heyətdə meydana çıxacağı gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:235
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 23 Noyabr 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see586

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see251

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri