Fənər in sabiq üzvü Qalatasaray a gələsi olmadı?
Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.
''Qalatasaray''ın Con Duran transferi düyünə düşüb. Türkiyə çempionunun ötən mövsümə ''Fənərbaxça''da başlayan kolumbiyalı forvard ilə anlaşdığını xəbər vermişdik.
''Qalatasaray'' Duranın müqavilə ilə məxsus olduğu ''Əl-Nəssr''ə heç bir icarə haqqı ödəməməsi şərtilə bu futbolçuya illik ''4+1'' milyon avro maaş təklif etmişdi. Camiədə hər kəs 22 yaşlı futbolçunun İstanbula gələcəyi günü gözləməyə başladığı bir vaxtda ortaya ciddi problem çıxıb.
''Əl-Nəssr'' rəhbərliyi şərtləri bir qədər dəyişərək müqaviləyə məcburi transfer maddəsi saldırmaq qərarına gəlib. Yəni mövsüm və icarə müddəti tamamlandıqdan sonra ''Cim-Bom'' Duranı məcburi olaraq daimi əsasda transfer etməlidi. Ancaq bu şərt İstanbul nəhəngini qane etməyib. Bu üzdən müvəqqəti olaraq həm Duran, həm də Səudiyyə Ərəbistanı nəhəngi ilə danışıqlar dayandırılıb. ''Sarı-qırmızılar''alternativ variantlara yönəliblər. Bu arada Duranın son paylaşımı diqqət çəkib. O öz səhifəsində bunları yazıb:
''Bir insana zərər vuran yanlış anladılmış hekayə ilə bağlı həqiqətlər bir gün mütləq Tanrı tərəfindən ortaya çıxarılacaq. Ona görə də nəyisə sübut etməyə çalışmağa ehtiyac yoxdu''.
Bu sözlərin kimə ünvanlandığı bəlli deyil. Xatırladaq ki, tanınmış futbolçu ötən mövsüm ''Fənərbaxça'' və ''Zenit''də ümumilikdə 30 rəsmi oyuna çıxaraq aktivinə 7 qol, 3 məhsuldar ötürmə yazıb.
Baxış sayı:134
Bu xəbər 11 İyul 2026 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















