Yığmamız Polşada 7ci oldu
Fanat saytına istinadən Icma.az xəbər verir.
Polşada 23 yaşadək cüdoçular arasında keçirilən Avropa çempionatında komanda yarışları yekunlaşıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığması yarışı 7-ci pillədə başa vurub.
Cüdoçularımız ilk görüşdə tatami sahiblərinə 4:3 hesabı ilə qalib gəlib. Təmsilçilərimiz 1/4 finalda Almaniyaya 2:4 hesabı ilə uduzub. Yığmamız təsəlliverici görüşdə Rumıniya ilə bacarmayıb (2:4) və çempionatı 7-ci pillədə başa vurub.
Qeyd edək ki, yığmamız Avropa çempionatında şəxsi yarışlarda 5 medal qazanıb. Komandamızın heyətində Hüseyn Allahyarov (60 kq) və Fidan Əlizadə (57 kq) qızıl, Aydan Vəliyeva (52 kq) gümüş, Rüfət Şövlətovlə (73 kq) Ömər Rəcəbli (81 kq) isə bürüncə yiyələnib.
Baxış sayı:115
Bu xəbər 17 Noyabr 2024 17:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















