Yığmanın biabırçılığına xalq şairi də dözmədi
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Məncə Azərbaycanın milli futbol komandası heç bir uluslararası yarışa buraxılmamalıdır.
Kult.az xəbər verir ki, bu fikirləri xalq şairi Sabir Rüstəmxanlı futbol üzrə Azərbaycan yığmasının İsveçə biabırçı məğlubiyyəti ilə bağlı deyib.
“Bu komandaya böyük pullar xərcləmək bizə utancdan başqa nə qazandırır? Qoy iki-üç il ölkə daxilində, məsələn Yardımlı, Balakən, Zərdab, Ağsu, Ordubad və başqa rayonlarımızın futbol komandaları ilə oynayıb təcrübələrini artırsınlar”, - Rüstəmxanlı bildirib.
Qeyd edək ki, dünən futbol üzrə Azərbaycan yığması Millətlər Liqası çərçivəsində İsveçə qarşı keçirdiyi oyunda 6-0 hesabı ilə biabırçı məğlubiyyətə uğrayıb.
Baxış sayı:87
Bu xəbər 20 Noyabr 2024 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















