Yığmanın futbolçusu İsveçə aparılmayacaq
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan millisinin daha bir futbolçusu səfərdə İsveçə qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının sonuncu - VI tur matçını buraxacaq.
Axar.az xəbər verir ki, Rahil Məmmədov sözügedən qarşılaşmada komandaya kömək edə bilməyəcək.
Buna müdafiəçinin Qəbələdə Estoniya ilə qolsuz heç-heçə etdikləri görüşdə zədələnməsi səbəb olub.
Məmmədov buna görə İsveçə aparılmayacaq. Əvvəlki oyunda sarı vərəqə alaraq cəzalı duruma düşən Elvin Cəfərquliyev də meydana çıxmayacaq.
Qeyd edək ki, noyabrın 19-da reallaşacaq İsveş - Azərbaycan matçının start fiti Bakı vaxtı ilə saat 23:45-də səsləndiriləcək.

Yığmanın futbolçusu İsveçə aparılmayacaq
17 Noyabr 2024 13:08
Azərbaycan millisinin futbolçusu İsveçə aparılmayacaq
17 Noyabr 2024 14:25
Azərbaycan millisinin futbolçusu İsveçə aparılmayacaq SƏBƏB
17 Noyabr 2024 12:49
Millinin futbolçusu zədələndiyi üçün İsveçə aparılmayacaq
17 Noyabr 2024 16:33
Azərbaycan millisinin futbolçusu zədələndiyi üçün İsveçə aparılmayacaq
17 Noyabr 2024 12:37

