Icma.az
close
up
RU
Yod çatışmazlığına qarşı ƏN YAXŞI VASİTƏ

Yod çatışmazlığına qarşı ƏN YAXŞI VASİTƏ

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Zob xəstəliklərinin əsas səbəbi orqanizmdə yod çatışmazlığı nəticəsində qalxanvari vəzin böyüməsi və ya fəaliyyətinin pozulmasıdır.

Qalxanvari vəz boyunun ön hissəsində, nəfəs borusunun önündə yerləşən, təxminən 20-30 qram ağırlığında endokrin sistemin ən əhəmiyyətli vəzlərindən biridir. O maddələr mübadiləsini, ürək-damar sistemini, boy artımını və orqanizmin inkişaf prosesini tənzimləyir.

Həkim-endokrinoloq Lamiyə Həbibbəyli deyib: “Xəstəliyin ilkin əlamətləri pilləkən çıxanda və qab yuyanda əllərdə yorulma hissinin baş verməsidir. Ürək döyünmələri çox olur, hətta 100-120-yə qədər yüksəlir, yaşlılarda həmin əlamətlər özünü çox aydın şəkildə büruzə verməyə də bilər. Adətən yüngül aritmiya və ya ürək döyüntüləri artması və yüngül arıqlamaya meyillilik qalxanvari vəzdə problem olduğunu araşdırmaq üçün əsas verir”.

Həmin əlamətləri özündə hiss edənlər, ilk növbədə, endokrinoloqa müraciət etməli, TTH və T4 analizləri verməli və ultrasəs müayinəsindən keçməlidirlər: “Əgər qalxanvari vəzin funksiyası artıbsa, onu azaldan dərmanlar, azalıbsa, yəni tənbəl zobdursa, əvəzedici hormon terapiyası təyin olunur. Bu, xüsusilə hamilələr üçün çox vacibdir. Qalxanabənzər vəzdə düyünü olan xəstənin mütləq cərraha üz tutması fikri doğru deyil. Əgər xoşxassəli düyündürsə, ildə bir dəfə ultrasəs müayinəsi vasitəsilə ona nəzarət edilməlidir”.

Həkim-endokrinoloqun dediyinə görə, belə xəstəliyi olanlar xüsusilə yeməklərdə yodlaşdırılmış duz qəbul etməlidirlər: “Son vaxtlar daha çox qaya duzundan istifadə edirlər. Qaya duzu mikroelementlərlə zəngindir, lakin yodlu deyil. Həm də qaya duzunun keyfiyyəti də əhəmiyyətli məsələdir, çünki onun tərkibində hansısa bir radioaktiv maddə və ya ağır metal duzun olması mənfi problemlərə səbəb olar. Dəniz duzundan istifadə etmək daha məsləhətlidir”.

Yod çatışmazlığını aradan qaldırmaq üçün gündəlik qida rasionunda tərkibi yodla zəngin qidalara - sarımsaq, qarağat, feyxoa, qoz, kartof, kök, çuğundur və s. üstünlük verilməldir. Həkimlər yağlı xörəkləri də qida rasionundan çıxarmağı məsləhət görürlər.

Xəstəliklərin əsas səbəbi passiv həyat tərzi, hərəkətsizlik, düzgün olmayan qidalanma, stres və pis vərdişlərdir. Ona görə də təbiət qoynunda çox vaxt keçirmək, gəzintiyə çıxmaq, sağlamlığa vaxt ayırmaq lazımdır. (azertag.az)

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:272
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 23:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see399

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see383

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see313

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see308

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see233

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see217

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see215

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see213

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see206

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see203

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see193

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see190

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see188

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see182

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see181

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see180

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see178

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see165

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri