Icma.az
close
up
RU
Yol çəkdirmək, yoxsa ziyarət? Elə bil yüz dəfə Kərbəlaya... İLAHİYYATÇI

Yol çəkdirmək, yoxsa ziyarət? Elə bil yüz dəfə Kərbəlaya... İLAHİYYATÇI

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda yaşlı qadının Kərbəlaya ziyarət üçün topladığı vəsaiti kənd yollarının asfaltlanmasına sərf etməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Sosial şəbəkə istifadəçiləri bu məsələni iki cür qiymətləndiriblər. Bəziləri qadının kənd yollarının yaxşılaşdırılmasına töhfəsini savab kimi dəyərləndirib, bu addımı həm dini, həm də ictimai baxımdan müsbət hesab edib. Digər tərəfdən, bir qrup insan isə Kərbəlaya ziyarət məqsədilə toplanan vəsaitin birbaşa dini məqsədə yönəldilmədiyini bildirərək, bu addımı dini savabla eyniləşdirməyin mümkün olmadığını vurğulayıb.

Dini ziyarət üçün nəzərdə tutulmuş pulların ictimai fayda üçün xərclənməsi dini savabla eyniləşdirilə  bilərmi?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, qadın yolu düzəltməklə bəlkə də yüz Kərbəla ziyarətinin savabını qazanıb:

“Kərbəla ziyarəti əslində vacib yox müstəhəb, lakin fəziləti böyük olan ziyarətlərdəndir. Ancaq şübhəsiz ki, bir şəxs Kərbəla ziyarəti üçün topladığı pulu digər xeyriyyə işlərinə sərf edibsə, bu, daha çox savab işdir. Dinin mahiyyəti xeyirxahlıqdır. İmamlar özlərinə pərəstiş edilməsini yasaqlayıblar. Cəmiyyət üçün faydalı işlər görməyi, ictimai xidmətləri böyük qiymətləndiriblər. Bu qadın yolu düzəltməklə bəlkə də yüz Kərbəla ziyarətinin savabını qazanıb. Əgər qonşuda, qohumda ehtiyaclı adamlar varsa, yaxud yolsuzluq, susuzluq problemi olarsa, onu aradan qaldırmaq imkanı olanlar üçün vacibdir”.

O qeyd edib ki, ziyarətlər isə vacib deyil, müstəhəbdir:

“Vacib əməl isə müstəhəbdən öncə icra edilməlidir. Kərbəla ziyarəti üçün topladığı pula yolu təmir etdirən bu qadın əslində riyakar, şöhrətbaz və saxta dindarlara tərbiyə verib, yol göstərib. Lakin elə imkanlı adamlar var ki, onlar həm Kərbəlaya gedə, həm də yolları düzəldib bulaqlar çəkdirə bilərlər. Ziyarət savabdır, ancaq belə xeyirli işlər ondan da savabdır və davamlı savab qazandıran əməllərdir”.

Gülər  Həsənli
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Dekabr 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri