Yol polisindən qaçan sərxoş sürücü bütün qaydaları pozdu; iş məhkəməyə düşdü VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Bakı–Şamaxı–Yevlax yolunda avtoxuliqanlıq edən sərxoş sürücü tutulub.
Avtosfer.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında deyilir.
Məlumata görə, iadrənin 4-cü taqımının əməkdaşları tərəfindən Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 220-ci kilometrində hərəkət zamanı kobud qayda pozuntularına yol verən “VAZ 2102” markalı, 23 BX 550 nömrə nişanlı nəqliyyat vasitəsinə “saxla” işarəsi verilsə də, sürücü Raqif Məmmədov polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq hərəkətini davam etdirib: "Məsuliyyətdən yayınmaq məqsədilə təhlükəli manevrlər edən və digər yol hərəkəti iştirakçıları üçün real təhlükə yaradan sürücünün hərəkətlərinin qarşısının alınması üçün qanunvericiliyə uyğun tədbirlər görülərək nəqliyyat vasitəsi saxlanılıb.
Araşdırma zamanı sürücünün nəqliyyat vasitəsini spirtli içkinin təsiri altında, sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilib. Faktla bağlı toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib".
Baş Dövlət Yol Polisi İdarəsi bildirib ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozan, habelə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayan sürücülərin məsuliyyətdən yayınmaq cəhdləri qanunla yolverilməzdir və bu kimi hallara qarşı qətiyyətli tədbirlər görüləcək.
Oxunub 266
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 16 Yanvar 2026 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















