Yol polisindən sürücülərə xəbərdarlıq... Video
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) son günlər sürücülərin sükan arxasında yuxulaması ilə əlaqədar yol-nəqliyyat hadisələrinin təkrarlanması ilə bağlı xəbərdarlıq edib.
Axar.az-ın məlumatına görə, BDYPİ-dən bildirilib ki, növbəti belə hadisə Balakən rayonunda qeydə alınıb.
Sürücünün sükan arxasında yuxulaması nəticəsində avtomobil idarəetmədən çıxaraq yol kənarında quraşdırılmış xüsusi texniki avadanlığa çırpılıb. Hadisə nəticəsində sürücü və sərnişin xəsarət alıb, avadanlığa isə ziyan dəyib.
Qeyd olunub ki, yuxululuq yol hərəkəti təhlükəsizliyinə birbaşa təsir göstərən ciddi risk amilidir. Belə vəziyyətdə diqqətin və reaksiyanın zəifləməsi, hətta qısa müddətli mürgüləmə belə avtomobil üzərində nəzarətin itirilməsinə səbəb ola bilər.
BDYPİ sürücüləri yorğun və yuxulu halda nəqliyyat vasitəsini idarə etməməyə, yuxululuq hiss etdikdə isə hərəkəti davam etdirmədən təhlükəsiz yerdə dayanaraq istirahət etməyə çağırıb.
Baxış sayı:90
Bu xəbər 27 Avqust 2026 18:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















