Icma.az
close
up
RU
Menu

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

"Sabah" ÇL də neçəncidir?

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

Yol terrorunu KİM YARADIR?

Yol terrorunu KİM YARADIR?

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rüşvətlə alınan sürücülük vəsiqələri, yol “təmiri” adı ilə göyə sovrulan milyonlar, ölümə aparan nizamsız sürət...

Son bir ay ərzində yol qəzalarında ölən və yaralanan insanların sayı durmadan artır. Demək olar ki, hər gün ölkənin bütün ərazilərində yol qəzaları barədə xəbərlər mətbuatı başına götürüb gedir. Artıq tam əminliklə deyim ki, yol qəzalarında və ölüm statistikasında qardaş Türkiyəni belə geridə qoymaq üzrəyik. Əlbəttdə, ilk ağla gələn “yol qəzalarına əsas səbəb nədir?” sualıdır. Səbəb çoxdur. Yol keyfiyyətinin aşağı olması, yenicə təmir olunmuş və ya çəkilmiş yolların bir müddətdən sonra bərbad və qəzalı hala düşməsi, rüşvətlə sürücülük vəsiqələri əldə edib yollarda ölüm saçan məsuliyyətsiz və qeyri-peşəkar sürücülərin hər gün artması, sürət həddinə əməl edilməməsi və sairə və sair...

Bu gün ölkəmizdə acı həqiqət odur ki, kimin “beş-üç qəpiyi” varsa sevgilisinə, övladına, həyat yoldaşına avtomobil alıb salır Bakının yollarına. Tıxac üzündən bir-birinə sürtüşən avtomobil karvanına hər gün onlarla qeyri-peşəkar, heç bir təcrübəsi olmayan avtomobil sahibləri daxil olurlar.
Bu isə elə hər gün onlarla günahsız insanın ölümü, bir ömürlük şikəst qalması deməkdir. Dəhşətli orasıdır, əksər valideynlər övladlarına hədiyyə kimi kredit maşınlar alıb guya onlara “sürpriz hazırlayırlar”. Əslində onlar bu addımları ilə yenicə həyata qədəm qoyan, təcrübəsiz gəncləri ölümün ağuşuna atırlar. Yenə köhnə lovğalıq xəstəliyimiz öz sözünü deyir. Bizi əcələ yaxınlaşdırmaqla. Övladını sevindirmək istəyən valideynlər, gəncləri arzularına yaxınlaşdırmaq əvəzinə, bahalı maşınlar hədiyyə edib onları arzularının əvəzinə vaxtsız əcələ çatdırırlar.
Amma təkcə saxta sürücülük vəsiqələri, sürət həddinin aşılması səbəb olmur yol qəzalarına. Həm də keyfiyyətsiz şəkildə çəkilən yolların tez xarab olması, qəzalar üçün ölüm pusqusuna çevrilməsi də əsas səbəblər sırasındadır. İnsaf naminə onu da deməliyik ki, əksər istiqamətlərdə salınan yollar keyfiyyətinə görə dünya səviyyəsinə uyğunluğu ilə seçilir. Dövlət yeni yolların salınması üçün ən yüksək səviyyədə vəsait ayırır. Qalır bu ayrılan vəsaitin təyinatı və qaydalara uyğun xə\rclənməsi, keyfiyyətli yolların salınması. Hə, bax bütün içlərdə gəlib burda “ilişir.” Çünki bir çox istiqamətlərdə tamamilə yeni salınan yollar 2-3 il keçməmiş dağılıb-tökülüb, gediş-gəliş üçün yararsız hala gəlib Təkcə son bir ayda mətbuatda respublikanın ən müxətlif bölgələrində yenicə çəkilən yolların dağılıb bərbad günə qalması, qəza şəraiti törətdiyi barədə eninə-boyuna yazılar dərc olundu. Elə bu günlərdə Ağsu rayonunun Bico kəndində yeni çəkilən yol yararsız hala düşüb. Sosial mediada paylaşılan görüntülərdə yolun bir hissəsinin sıradan çıxdığı qeydə alınıb. Məlum olub ki, həmin yolun asfaltlanmasında yapışdırıcı qır və qum örtüyündən istifadə olunmayıb. Diqqət edin, 5.5 metr eni olan yola cəmi 3 metr enində, 1000 metr uzunluğunda asfalt örtüyü vurulub. Avqustun 30-da sözügedən yol yararsız hala düşüb. Bakı-Quba yolunun artıq bütün istiqamətlərdə və ilin bütün fəsillərində “təmir labarotoriyasına” çevrilməsi adi hal alıb.

Məsələn, cəmi 3 il öncə yenidən qurulan Sumqayıt-Bakı yolunun böyük bir hissəsi - Ceyranbatandan Masazır dairəsinə qədər olan hissəsində yolun iki zolağı bərbad hala düşüb. İkinci və üçüncü zolaqda çökmə, qabarmalar, deformasiyalar baş verib. Habelə bir neçə il öncə hissə-hissə genişləndirilmiş Yevlax-Kürdəmir-Bakı yolunun Kürdəmir, Hacıqabul rayonlarından keçən hissəsində də vəziyyət ürəkaçan deyil.

Bəli, bir sıra hallarda yeni çəkilən yolların keyfiyyət və zəmanət problemi olduğu üçün bu yolların ömrü uzun olmur. Nəzarətsizlik, başdansovdu yanaşma üzündən dövlətin xərclədiyi pullar da havaya sovrulur, üstəlik nəqliyyat vasitələri üçün olduqca təhlükəli qəza vəziyyətləri yaranır. Bu olduqca təhlükəli məqamdır. Lakin təəssüflər olsun ki, hələ keyfiyyətsiz yol çəkilişinə görə cəzalanan cavabdeh şəxs barədə bir kəmə də eşitməmişik.
Yol mədəniyyət, sosial infrastruktur olduğu halda bir sıra cavabdeh şəxslər bu məsələyə fərdi qazanc mənbəyi kimi yanaşırlar. Dəfələrlə mətbuatda da yazılıb ki, yol çəkilişləri zamanı standartlara uyğun iş görülmür, materiallar tələb olunduğundan qat-qat az istifadə olunur, bir sözlə, keyfiyyətsizlik sindromu yaradılır. Təkcə bir faktı qeyd edək ki, 2006-cı ildən bəri bu istiqamətə on milyardlarla manat sərf olunub..

Deməli, yol infrastrukturu baxımından başdansovdu, məsuliyyətsiz işlərə “tövbə” demək lazımdır. Ən sonda bir məsələni də deyim. Neçə illərdir ki, Bakıda məşhur bir deyim var: dağılmış, hasara alınan asfalt parçaları “çörək ağacıdır”, “silinən pullardır”. Lakin keyfiyyətsizlik, başdansovdu çəkiliş üzündən dağılan yollar həm də hər gün onlarla insanın yol qəzalarında həyatla vidalaşması, bir ömürlük ağır xəsarətlərlə şikəst qalması deməkdir...

Mətləb Salahov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Sentyabr 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see358

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see357

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see345

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see273

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see242

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see242

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see231

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see226

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see224

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see218

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see192

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see189

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see176

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see175

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see170

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see169

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see166

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

14 Oktyabr 2026 00:59see162

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see161

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

14 Oktyabr 2026 01:35see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri