Yolayırıcına necə gəldi girən “Prius” sürücüsü motosikletçini vurub yerə sərdi VİDEO
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Paytaxtın Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində baş vermiş yol qəzası anbaan kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl günorta saatlarında Əsəd Əhmədov küçəsində qeydə alınıb. Belə ki, yolayırıcına daxil olan “Toyota Prius” markalı maşın motosikletlə toqquşub. Kadrdan da göründüyü kimi, “Prius” sürücüsü işıqforun qırmızı işığına əhəmiyyət vermədən yolayırıcına girib. Nəticədə o, sol tərəfdən gələn motosikleti vurub. Zərbənin təsirindən motosiklet sürücüsü yerə yıxılıb.
Təəssüf ki, bəzi sürücülər diqqətsiz davranaraq, yaxud bilərək növbələrini gözləmədən yolayırıcına girirlər. Nəticədə onlar digər hərəkət iştirakçılarına təhlükə yaratmaqla yanaşı qəzaların baş verməsinə səbəb olurlar.
Nərmin


