Nişana baxmadan yolayırıcına girən sürücü avtobusa çırpıldı ANBAAN VİDEO
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Paytaxtın Nizami rayonunda (“Koroğlu” metrosunun yaxınlığında) baş vermiş qəza avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 26-da saat 15:34 radələrində qeydə alınıb. Belə ki, Ziya Bünyadov prospektindən Heydər Əliyev prospektinə daxil olan “KIA” markalı avtomobil, 214 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusla toqquşub. Qəzanın baş verdiyi ərazidə yol ver nişanı mövcuddur. Yəni, yolayırıcına daxil olan sürücülər soldan gələn nəqliyyat vasitələrinə yol verməlidirlər. Kadrda isə “KIA”nın sürücüsünün nişana əhəmiyyət vermədən hərəkət etdiyi əks olunub. Nəticədə avtobusun kor nöqtəsinə düşən sürücü qəzaya səbəb olub.
Nərmin

Binədə yolayrıcına baxmadan girən “Nissan” “Chevrolet”ə çırpıldı ANBAAN VİDEO
02 May 2025 20:53
Yola baxmadan geriyə dönən “Prius” sürücüsü “BMW”yə çırpıldı ANBAAN VİDEO
18 Dekabr 2024 15:02
“Honda” ilə toqquşmamaq üçün manevr edən “Prius” avtobusa çırpıldı ANBAAN VİDEO
20 Noyabr 2024 19:15
Xətaidə qırmızı işıqda keçən sürücü svetafora çırpıldı ANBAAN VİDEO
29 May 2025 12:06
Sürücü nə zolağı düzgün seçir, nə də nişana baxır VİDEO
22 May 2025 12:31

