Yolayrıcına daxil olarkən bunu etsəniz, qəzadan qaça bilərsiz Sürücülərə TÖVSİYƏ VİDEO
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov sürücülərə döngələrdə və sola dönərkən güzgüyə diqqət yetirməyin vacibliyini xatırladıb.
Avtosfer.az xəbər verir ki, Aqil Rəhimov bildirib ki, sürücülərin çoxu işıqforda dayananda sol güzgüyə baxır, amma döngəyə çatanda və dönmə anında bunu etmirlər.
“Bu anlarda sizinlə eyni zolaqda hərəkət edərək sola dönən avtomobil sol qapınızı vura bilər. Ona görə də güzgüyə nə zaman baxmaq lazım olduğunu bilmək həyati əhəmiyyət daşıyır,” – deyə Aqil Rəhimov qeyd edib.
Ekspert sürücülərə tövsiyə edir ki, yaxınlaşdıqda güzgüyə baxsınlar, döngədə də baxışlarını yeniləsinlər və hər zaman sol tərəfdən gələn nəqliyyat vasitələrini yoxlasınlar. “Sürücülərin bu cür diqqətli avtomobil idarə etmələri son baxış adlanır və təhlükəsizlik üçün çox vacibdir. Bu sadə amma həyati vərdiş qəzaların qarşısını almaqda böyük rol oynayır,” – deyə o əlavə edib.
Aqil Rəhimov həmçinin vurğulayıb ki, sürücülər yalnız döngəyə daxil olarkən yox, ümumiyyətlə yol hərəkətində güzgülərdən aktiv istifadə etməlidirlər ki, qəza riskini minimuma endirsinlər.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 14 Noyabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















