Yolda tapdığı qara daş həyatını dəyişdi: Fermer ev və maşın aldı
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ-nin Alabama ştatında 1954-cü ildə düşən göy daşının (meteorit) 1,68 kiloqramlıq hissəsini tapan fermer Yulius Kempis MakKinninin taleyi tamamilə dəyişib.
Milli.Az xəbər verir ki, torpaq yolla gedərkən qatırlarının anidən dayanması nəticəsində yerə düşən qara görən MakKinni onun göy daşı olduğunu öyrənib. Fermer bu daşı sataraq əldə etdiyi vəsaitlə kiçik bir ferma və işlənmiş avtomobil alıb. Daş hazırda "Smithsonian Milli Təbiət Tarixi Muzeyi"ndə sərgilənir.
Eyni göy daşının 3,86 kiloqramlıq digər hissəsi isə 30 noyabr 1954-cü ildə Enn Hodsun evinin damını dəşərək qadına dəyib və onu yaralayıb. Mülkiyyət mübahisələri səbəbindən daşı sata bilməyən Hods onu 1956-cı ildə "Alabama Təbiət Tarixi Muzeyi"nə bağışlayıb.
Göy daşının birbaşa insana dəyməsi tarixdə çox nadir rast gəlinən hallardandır. NASA-nın araşdırmalarına əsasən, bu hadisə eyni meteoritin bir hissəsinin hüquqi mübahisəyə, digər hissəsinin isə fermerə maddi qazanc gətirməsi ilə tarixə düşüb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Baxış sayı:64
Bu xəbər 27 Oktyabr 2026 00:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















