“Yolka” aşdı: 19 yaşlı polis öldü
Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kolumbiyada bayram işıqlarının yandırılması zamanı “yolka”nın aşması nəticəsində bir polis həlak olub.
Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, Kevin Andres Navas Yeni il tədbirində çalışıb. Hüquq-mühafizə orqanının əməkdaşı sıxıldıqdan sonra ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. 19 yaşlı gənc təəssüf ki, aldığı xəsarətlər ağır olduğundan qəzadan sağ çıxa bilməyib.
Onlarla adam qaçaraq ağacı yerdən qaldırmağa kömək etmək üçün bir yerə toplaşıb. 30 metr hündürlüyündəki metal konstruksiyanı tərpətmək ölçüsünə görə çox çətin olub.
Kundinamarka əyalətinin Jirardo bələdiyyəsində yerləşən Bolivar parkında keçirilən tədbirə ailələr qatılıb. Ağacın üzərinə aşdığı yeganə insan Kevin olub. Şahidlərin sözlərinə görə, ağacın üst hissəsi qırılıb və nəticədə onun aşması baş verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 16 Dekabr 2024 18:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















