Icma.az
close
up
RU
Yollarda “qətliam”ın səbəbləri Sürücüləri total yoxlamaq mümkündürmü?

Yollarda “qətliam”ın səbəbləri Sürücüləri total yoxlamaq mümkündürmü?

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Nəqliyyat eksperti yay aylarında qəzaların sayının artması səbəblərini açıqlayıb.

Ötən həftə Azərbaycan yollarında qətliam kimi qəza baş verib. Avqustun 7-də Bakı-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Şəmkir rayonu ərazisində Bakıdan Qazağa hərəkət edən sərnişin mikroavtobusu yük maşını ilə toqquşub. Nəticədə 7 nəfər ölüb.
Bu dəhşətli faciə ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi açıqlayıb ki, Şəmkir rayonu ərazisində baş verən qəzada iştirak edən hər iki nəqliyyat vasitəsinin daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmayıb.
Qeyd edilib ki, 99-GO-705 dövlət qeydiyyat nişanlı “Mersedes-Bens” markalı “Sprinter” mikroavtobusu sifarişli sərnişindaşımanı fərqlənmə nişanı, daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmadan həyata keçirib.
Həmçinin məlum olub ki, 20-DL-094 dövlət qeydiyyat nişanlı “KamAZ” markalı yük nəqliyyat vasitəsinin də daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmayıb: “Nəqliyyat vasitələri qanunvericiliyin tələblərinə uyğun olaraq, reysqabağı texniki, sürücülər isə tibbi müayinədən keçməyib. Yol-nəqliyyat hadisəsinə səbəb olan amillərin təyin edilməsi üçün müvafiq araşdırmalara başlanılıb. Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır”.
Yeri gəlmişkən, Baş Dövlət Yol Polisi İdarəsi yük avtomobili sürücülərinə müraciət edərək bildirir ki, iri qabarit, yüksək çəki və uzun tormoz məsafəsi bu nəqliyyat vasitələrinin idarəsini digər avtomobillərə nisbətən daha çətin və məsuliyyətli edir. Bu xüsusiyyətlər nəzərə alınmadan hərəkət edilməsi qəza riskini dəfələrlə artırır.
Nəqliyyat eksperti Elməddin Muradlı hesab edir ki, yay aylarında qəzaların sayının artması yollarda hərəkət intensivliyinin artması ilə bağlıdır. O qeyd etdi ki, yay aylarında istirahət mövsümünün başlanması ilə əlaqədar hərəkətlilik artır və bu da qəza risklərini yüksəldir: “Bu, isti hava ilə birbaşa bağlı deyil. Əlbəttə, yay fəslində insanlar istirahətə çıxır, səfərlər artır. Bu isə hərəkətliliyin artması deməkdir. Harada hərəkətlilik varsa, orada risk, təhlükə də qaçılmazdır. Amma burada əsas məsuliyyət daşıyan məhz vətəndaş, sürücü və piyadadır. Hər biri öz hərəkətinə və davranışına diqqət etməlidir. Bəzi sürücülərin və şəxslərin məsuliyyətsiz və düşüncəsiz davranışları qəza riskini daha da artırır. Bəzən insanlar düşünür ki, qaydalar pozulmaq üçün yazılıb. Amma bu, ölümə səbəb ola biləcək bir məsələdir. Tək bir səhv hər şeyi məhv edə bilər. Ona görə də ən düzgün yol qaydalara əməl etməkdir. Sürücülər anlamalıdırlar ki, bu qaydalar kiminsə şəxsi marağı üçün deyil, onların təhlükəsizliyi üçündür”.
E.Muradlı vurğulayıb ki, dövlətin tətbiq etdiyi qaydaların əsas məqsədi insanların həyatını qorumaqdır: “Yol hərəkəti qaydalarına əməl olunması, avtomobillərin saz vəziyyətdə saxlanılması, yolların vaxtında təmiri və işıqlandırma sistemlərinin düzgün işləməsi qəza riskini azalda bilər. Eyni zamanda yol qəzalarında bəzən yol şəraiti və aidiyyəti qurumların səhlənkarlığı da rol oynayır. Bütün qəzalarda sürücüləri və piyadaları günahlandırmaq düzgün deyil. Yol şəraitinə cavabdeh olan şəxslər və qurumlar da məsuliyyət daşıyırlar. Onların da qanunla müəyyən olunmuş vəzifələri var və bu vəzifələri yerinə yetirmədikləri halda qanunla məsuliyyət daşımalıdırlar. Nəzarət mexanizmləri gücləndirilməli, heç kim qanundan və məsuliyyətdən kənarda qalmamalıdır. Təəssüf ki, bəzən kimlərsə özlərini qanundan üstün hesab edir və məsuliyyətdən yayınır. Bu isə qəzalara və itkilərə səbəb olur. İnsanlar həyatlarına dəyər verməli, dövlət qurumları isə üzərinə düşən məsuliyyəti unutmamalıdırlar”.
Ekspertin fikrincə, qanunvericilik təkmilləşəndən sonra fərqlənmə nişanı, buraxılış vərəqəsi və buraxılış kartı almaq kimi tələblər qoyuldu, lakin bəzi bölgələrdə bu qaydalara əməl edilmir və qanunsuz fəaliyyət davam edir: “Təəssüf ki, sərnişinlər də bəzən tanışlıq və ya ucuz qiymətə görə belə xidmətlərdən istifadə edirlər. Amma Baş Dövlət Yol Polisi tərəfindən yayılan açıqlamadan da gördük ki, mütləq müəyyən qaydalara əməl olunmalıdır. Bu qaydalara əsasən, sürücülərin seçimi zamanı bəzi məsələlərə diqqət yetirmək lazımdır. Ancaq bəzi insanlar bunu nəzərə almırlar. Hər kənddə, hər rayonda qanuni və ya qanunsuz nə işlə məşğul olduğu bəlli olmayan insanlar var. Tanışlıqla tapırlar, danışırlar ki, "hə, sabah bizi apar rayona", amma maraqlanmırlar ki, o sürücü sağlamdır, yoxsa xəstə, iş və istirahət rejimi, avtomobilinin vəziyyəti necədir, texniki məsələlər qaydasındadırmı və s. Hamı deyir ki, rahat olsun, bir az da ucuz olsun, məni aparsın-gətirsin. Xüsusən də biz bu problemləri yay aylarında görürük. Bu da nəticə etibarilə belə ağır faciələrə gətirib çıxarır. Bu, narahatlıq doğuran məsələdir. Ona görə vətəndaşlara tövsiyə edirik ki, bu cür hallarda diqqətli olsunlar, dövlət tərəfindən yayılan açıqlamalara biganə yanaşmasınlar. Həm özlərini, həm də digərlərini təhlükəyə atmasınlar. Sürücülər bilməlidirlər ki, sərnişindaşıma fəaliyyəti çox həssas sahədir və burada qaydalara əməl etmək vacibdir. Qayda pozuntusu artıq faciəyə gətirib çıxarır. Mətbuat və yol polisi tərəfindən bu məsələlərə nəzarət daha da artırılmalıdır. İndi sual ortaya çıxır ki, o boyda mikroavtobus necə çıxıb bu yola, o sürücünün istirahət və iş rejimi ilə bağlı nəzarət necə və harada aparılıb? Özü də deyirlər, sürücü xəstədir, ürəktutmasından vəfat edib. Xəstə adam sükan arxasında niyə olmalıdır? Yəni bilirsiniz, insanların özünün də məsuliyyəti olmalıdır, amma bu, bəzən arxa plana keçir və nəticə ağır olur. Bir qəzada 7 nəfəri itirmək, doğrudan da, dəhşətli və ciddi narahatlıq doğuran bir hadisədir. Belə halların təkrarlanmaması üçün mütləq nəzarət mexanizmini bir daha gözdən keçirmək lazımdır".(musavat)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:237
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 12 Avqust 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri