Yolun hərəkət hissəsinə çıxmayın DYP dən piyadalara ÇAĞIRIŞ VİDEO
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Baş Dövlət Yol Polisi İdarəsi piyadalara ictimai nəqliyyatı minik meydançalarında, avtobus dayanacaqlarında, onlar olmadıqda isə, səkidə və ya yol çiyinlərində gözləmələri ilə bağlı müraciət edib.
Bu barədə Avtosfer.az-a idarədən bildirilib.
"Yolun hərəkət hissəsinə çıxmaq, nəqliyyat vasitələrinin hərəkət etdiyi zolaqlarda dayanmaq sizin həyat və sağlamlığınız üçün ciddi təhlükə, sürücülər üçün isə gözlənilməz maneə deməkdir.
Unutmayın ki, bir anlıq diqqətsizlik ağır və arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Hər bir piyadanın qaydalara riayət etməsi ümumi yol hərəkəti təhlükəsizliyinin vacib şərtidir.
Dəyərli piyadalar!
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sizləri şəxsi təhlükəsizliyinizi qorumağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır", - idarədən əlavə olunub.
Oxunub 12
Baxış sayı:159
Bu xəbər 16 Fevral 2026 09:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















