Icma.az
close
up
RU
Yöndəmsiz say, tramplin və Premyer Liqada “Neftçi” havası TƏHLİL

Yöndəmsiz say, tramplin və Premyer Liqada “Neftçi” havası TƏHLİL

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Həftənin hadisəsi AFFA-nın İcraiyyə Komitəsinin iclası olub. Bir sıra vacib qərarlar qəbul olunan yığıncaqda Premyer Liqadakı komanda sayına da toxunulub. AFFA iştirakçıların sayının 10-dan 12-yə çatdırılmasına qərar verib.

İdman.biz bu addımı təhlil edərək tarixə nəzər salıb, Avropaya göz gəzdirib, mənfi və müsbət məqamları üzə çıxarıb.

Zəruri addım
Komanda sayının artırılması alqışalayiq addımdır. Bu, zəruri, hətta bəlkə də gecikmiş qərar sayılır. Komanda sayı azaldılanda ölkədə o qədər də klub yox idi. Hətta bəzi illərdə 1-ci divizionda say düzəltmək üçün əvəzedicilər ora “yamaq” vurulmuşdu. Artıq 3 liqası olan ölkənin yüksək dəstəsi üçün 10 klub çox azdır. Üstəlik, 4 dövrədə oynadıqları üçün eyni rəqiblərlə qarşılaşmaq da bezdiriciyə çevrilib. Klubların azlığı futbolçuların da sayına təsir edir. Hər komandada orta hesabla 25 futbolçu olsa, çempionatda təxminən 250 oyunçu top qovur. Onlardan çoxunun legioner olduğunu nəzərə alsaq, milliyə namizədlərin ümumi siyahısı da daralır. Komanda sayının artımı bütün bu rəqəmlərə müsbət təsirini göstərəcək. Bir sözlə, say mütləq artırılmalı idi və bu addım atılıb.

Gecikmiş qərar
Əslində, bu qərarı tam vaxtında verilmiş saymaq olmaz. Adətən belə addımlar bir mövsüm öncədən verilir. Yəni komandalar yeni çempionata başlamazdan öncə bilirlər ki, neçənci yer onlara nə vəd edir. Cari mövsümün startında sonuncu yerin aşağı liqaya gedəcəyi, orada 1-ci olanın elitaya yüksələcəyi bilinirdi. Hamı buna uyğun hazırlaşır, mübarizə aparırdı. Birdən də hər şey dəyişib. Amma indi elə durum yaranıb ki, dəyişikliyin də nədən ibarət olduğu bilinmir. Burada üç variant göz önünə gəlir: bir komanda düşür, üçü gəlir; heç biri düşmür, ikisi gəlir; ikisi gəlir, Premyer Liqanın sonuncusu ilə 1-ci liqanın 3-cüsü pley-off oynayır. Bu variantların hər birini dəstəkləyənlər var. Onların da hər biri digər iki variantı idman prinsiplərinin pozulması hesab edir. Əslində, elə hər üç variantda bu pozulur. Çünki finişə 3 ay qalmış qərar verilməsi bütün planları, hazırlıqları dəyişib.

Yöndəmsiz say
Komanda sayının artırılması qərarı uyğun vaxtda verilməsə də, istənilən halda düzgün qərardır. Amma sayın məhz 12 olmasını heç də alqışlamaq olmur. Bu rəqəm normal çempionat üçün yöndəmsiz saydır. Çünki klassik dairəvi sistemli liqaya heç uyğun gəlmir. İki dövrəli sistemlə 22 turdan ibarət yarış klublarımız üçün çox qısa, qəbuledilməz sayılır. Dörddövrəli yarış isə komandalarımızın gücü xaricindədir. 44 turluq mövsüm açıq-aşkar şəkildə bizlik deyil. Premyer Liqamız İngiltərə Çempionşipi deyil axı ki, hər komanda 40-dan çox matça çıxsın.

Çıxış yolu
Bu o deməkdir ki, Premyer Liqa klassik sistemdə keçirilməyəcək. Bunun üçün isə iki variant mövcuddur. Birincisi, dəfələrlə şahid olduğumuz iki mərhələli çempionat. İki dövrədən sonra komandalar iki “altılıq”da daha 10 tur oynayır. Bu yolla hər klubun payına 32 matç düşür. Burada ikinci mərhələnin üç yolla – qızıl xallar, sıfırlanan xallar və ya ümumi xallarla keçirilməsi mümkündür. Amma bütün hallarda iki mərhələli yarış standart liqanın yerini vermir. Üstəlik, burada əhəmiyyətsiz, kimlər üçünsə “keçid” görüşləri də yetərincə olur. İlk “altılığ”ın autsayderləri, ikinci “altılığ”ın liderləri üçün çempionatın sonunda oynamaq mənasıza çevrilir. İkinci çıxış yolu isə üçdövrəli dairəvi sistemdir. Premyer Liqamızda heç vaxt tətbiq olunmayan bu sistem 1-ci liqada dəfələrlə sınanıb və heç də pis alınmayıb. Amma bunun güclülərin yarışında tətbiqi ideala oxşamır. Hansısa komanda evdə, digəri səfərdə daha çox oyun keçirəcək, püşkdən asılı olaraq fərqli rəqiblər düşəcək. Yəni klublardan birinə evdə güclü, səfərdə zəiflər düşə bilər, digərinə isə əksinə. Bir sözlə, komandalar qeyri-bərabər durumda olacaq.

Tramplin
Komanda sayının artırılması yönündə ilk addım bunun sonradan davam etdiriləcəyinə ümid verir. Bu dəfə 10-dan 12-yə qaldırılan rəqəm, 2-3 ildən sonra niyə 14 olmasın? Hər halda, iki dövrəlik sistemlə 26 turdan ibarət çempionat daha münasib görünür. Düzdür, komandaların oyun sayı kəskin azalmış olacaq. Amma 26 turluq liqanın iki mərhələlidən qat-qat üstün olmasını sübut etməyə ehtiyac yoxdur. Amma bu format da ideal deyil.

İdeal rəqəm
Milli çempionatların 16-18 komandanın iki dövrəlik mübarizəsi ilə keçirilməsinin ideal variant olduğunu sübut etməyə ehtiyac yoxdur. UEFA da dəfələrlə komanda sayının buna uyğunlaşdırılmasını tövsiyə edib. Qurumun prezidenti Aleksander Çeferin bütün ölkələrin konkret 18 komandaya üstünlük verməsini istədiyini dəfələrlə açıqlayıb. Azərbaycan futbolu üçün 18 komanda həddindən artıq çox olduğundan ən yaxşı halda “16” barədə düşünmək olar. İdeal sayıla bilən bu rəqəm isə ölkəmizdə yaxın 5-6 il üçün də real görünmür.

“Neftçi”nin havası
Növbəti mövsümdən komanda sayının 12-yə çatdırılması ilə Azərbaycan çempionatı 12 il əvvələ qayıdacaq. Bu qədər iştirakçının olduğu son yarış 2013-cü ildə başa çatıb. Say azaldıqdan sonra “Qarabağ”ın hegemonluğuna start verilib. Bu 12 ildə artıq 11-ci çempionluğa doğru irəliləyən Ağdam klubu yalnız bir dəfə “Neftçi”ni özündən önə buraxıb. Bakı klubu isə 12 komandalı çempionatların son qalibi kimi yadda qalıb. “Neftçi” 2010/11, 2011/12, 2012/13 mövsümlərində ardıcıl üç qızıl medalı məhz 12 komandalı çempionatda əldə edib. Hər üç yarış da iki mərhələdə, ümumi xalların əsas götürülməsi ilə keçirilib. Eyni sayda komandalı, amma qızıl xalların hesablandığı 2009/10 mövsümü isə “İnter”in titul sahibi olması ilə nəticələnib.

Daha üç dəfə çempionatımız 12 komanda ilə başlayıb. 1995/96 mövsümündə, komandalardan birinin yarıyolda yarışdan çıxarıldığı turnirdə “altılıq” qızıl xallar sistemi ilə mübarizə aparıb və “Neftçi” çempion titulu əldə edib. 2001/02 mövsümündə “altılıq” xalların sıfırlanması ilə yarışı davam etdirsə də, çempionat klubların qiyamı üzündən sona çatdırılmayıb. 1999/2000 mövsümü 12 komandalı, amma ilk dəfə iki dövrəli sistemlə baş tutub. 22 turluq qısa çempionat “Şəmkir”in zəfəri ilə bitib. Qərblilərin bir il sonrakı titulu da eyni cür olmalı idi. Amma “ANS-Pivani” dağıldığı üçün mövsümə 12 deyil, 11 komanda başlayıb.

Avropada ötən mövsümün 13 nümunəsi
Azərbaycan çempionatı 12 komandalı sistemə keçdikdə Avropanın yeganə belə liqası olmayacaq. Hazırda bu sayda klubla oynanılan yetərincə liqa var. UEFA-nın 2023/24-cü il üçün hesabatına nəzər salsaq, qitənin 13 ölkəsində elitanı 12 komanda təşkil edib. Bunlar Avstriya, Bosniya və Herseqovina, Danimarka, Finlandiya, Macarıstan, İslandiya, Danimarka, Şimali Makedoniya, Şimali İrlandiya, Şotlandiya, Slovakiya, İsveçrə və Uels olub.

Vüqar Xeyrullayev
İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:234
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 05 Fevral 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see365

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see276

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see230

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see226

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see223

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see222

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see214

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see203

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see200

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see199

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see199

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see194

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see192

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see187

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see187

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see182

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see182

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see175

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri