Icma.az
close
up
RU
Yoqa: zehnin, bədənin və dövrün dostu

Yoqa: zehnin, bədənin və dövrün dostu

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Yoqa gündəlik həyatımızda çox rastlaşdığımız, haqqında çox eşitdiyimiz bir anlayışdır. Bir çox hallarda biznesə çevrilməsinin, gəlir mənbəyi olaraq istifadə edilməsinin də şahidi oluruq. Lakin çoxumuz hələ də yoqanın nə olduğunu tam olaraq anlamaqda çətinlik çəkirik. Ümumiyyəıtlə, yoqanı yalnız fiziki məşqlərdən və ya meditasiyadan ibarət bir idman növü hesab etmək doğru deyil.

Yoqa nəfəs məşqləri, bədən hərəkətləri, zehni meditasiyalardan ibarət vahid sistem, daha dəqiq desək həyat tərzidir. Yoqanın Hindistanda eramızdan əvvəl 5000-ci ildə kəşf edildiyi düşünülür. Yoqa, ağıl və bədən arasındakı əlaqəni gücləndirmək məqsədi daşıyır. Zehin-bədən əlaqəsi yoqa zamanı icra edilən bədən pozalarını müşayiət edən düzgün nəfəs alma üsulları ilə gücləndirilir. Bu səbəblə yoqa stresin idarə edilməsi, özünüdərkin və şüurun artırılması, fiziki və zehni inkişaf üçün müasir dövrün trendinə çevrilib.

Yoqanin bir çox istiqaməti var, hər bir yoqa istiqaməti müxtəlif aspektləri hədəfləyir. Bəziləri fiziki məşqlərə üstünlük verir, bəziləri doğru nəfəs almağı öyrədir, bəzisi beyini idarə etməyi. Bu yanaşmaların demək olar ki, hamısının məqsədi zehni və fiziki inkişafı, kontaktı artırmaq və bədəni həmişə diri saxlamaqdır. Yəni, minlərlə il yaşı olan bir elmi eyni sistem və ya eyni yanaşma kimi qəbul etmək doğru deyil. Yoqa özündə onlarla yanaşmanı birləşdirən unikal və kompleks həyat tərzidir.

Ən çox müraciət edilən yoqa istiqamətlərindən biri bərpaedici yoqadır. Bu növ yoqa pozaları, yastıqlar və digər köməkçi vasitələrdən istifadə etməklə həyata keçirilir. Əsas məqsəd istirahət və dincliyi təmin etməkdir. “Ashtanga” adlanan növ hərəkətlərlə balanslı nəfəs nəzarətini özündə ehtiva edir, həm hərəkət, həm də nəfəs alıb-vermə arasında sürətli keçidlərdən istifadə etməklə həyata keçirilir. “Iyengar” yoqa növü pozalar üzərinə fokuslanaraq edilir. “Kundalini” yoqası çakralar adlanan enerji mərkəzlərini stimullaşdırmaq üçün nəfəs alma, hərəkət və meditasiya üsulları ilə tətbiq edilir. “Bikram” yoqa növü isti bir mühitdə tətbiq edilən və müəyyən bir hərəkət kompleksi ilə edilir.

Yoqa, rifahı və tarazlığı artırmağı hədəfləyən bir fəlsəfəyə malikdir. İnsanı rahatlaşdıran fiziki və nəfəs məşqlərini ehtiva etdiyi üçün psixoloji təsirləri də həmişə maraq doğurub. Bu səbəblə yoqa, fiziki məşqlərlə insanların fiziki elastikliyini, koordinasiyasını və gücünü artırırsa, tənəffüs məşqləri ilə də insanları sakitləşdirmək, stress və narahatlığı azaltmaq və diqqəti artırmaq kimi faydalar verir. Araşdırmalar, yoqanın nizamlı olaraq tətbiq edildiyi zaman ruh sağlamlığımıza bir çox faydalı təsirinin olduğunu göstərir.

Yoqa müntəzəm olaraq edildikdə qan təzyiqini aşağı salır, stressin fiziki təsirlərini azaldır, maddələr mübadiləsini tənzimləyir, əzələ ağrılarını azaldır və immuniteti gücləndirir, əzələ gərginliyi azalır, bədən elastiklik qazanır. Arxa, boyun və bel əzələləri güclənir, onurğa ağrıları azalır, ürək-damar funksiyaları yaxşılaşır, miqren və baş ağrıları azalır, yuxu keyfiyyəti yüksəlir. Yoqa immunitet sistemini dəstəkləyir, psixi sağlamlığa bir çox müsbət təsir göstərir. Yoqa ilə məşğul olmaq bədən və zehin kontaktını gücləndirir. Diqqət toplamaq qabiliyyəti artır, insan stressi daha asan idarə etməyi və ruhi istirahət etməyi öyrənir, motivasiya və enerji səviyyəsi yüksəlir, düşüncə və hisslərdəki təlatümlər azalır, emosional tarazlıq artır, qəfil reaksiyalar azalır. Yoqa ilə məşğul olan insan narahatlığını daha asan idarə edə bilir.

Daimi yoqa bunlardan əlavə müasir dövrün insanına çoxsaylı faydalar verir. Bu istiqamətdə edilən bir çox araşdırma, yoqa hərəkətlərinin və tənəffüs məşqlərinin depressiya əlamətləri və narahatlığı azaldan təsirə malik olduğunu göstərir. Nadir hallarda etdiyimiz və vərdiş etmədiyimiz bir çox şeyin uzunmüddətli faydalarını görə bilmədiyimiz kimi, yoqa da müntəzəm olaraq tətbiq edilərsə təsirini görə bilərik. Yoqa müntəzəm olaraq həyata keçirildikdə həyat keyfiyyətimizi, şüurumuzu, diqqətimizi və emosional tənzimləmə bacarıqlarımızı artırır, dövrün stressinə, narahatlığına, qaynar həyat tərzinə sinə gərməyə kömək edir. Əgər gərgin işləyiriksə yoqa bizim üçün yaxşı dincəlmə üsulu ola bilər. Hər gün işdən sonra, yaxud da yuxudan oyandıqda nizamlı olaraq yoqa hərəkətləri etmək həm fiziki, həm də zehni olaraq bir çox fayda verər.

Müasir dövrdə yoqa qlobal miqyasda böyük bir biznes sektoruna çevrilib. İndi yoqa dərsi verənlər də çoxdur, bu dərslərə qatılmağa maraqlı olanlar da. Yoqa studiyaları həm qruplar, həm də fərdi formada dərslər verir. Online yoqa kursları, pullu tətbiqlər vasitəsi ilə də kifayət qədər çox vəsait əldə edilir. O cümlədən, yoqa müəllimi yetişdirmə proqramları da var ki istənilən şəxs o kurslara qatılıb yoqa müəllimi sertifikatı əldə edə bilər. Yoqada istifadə edilən əşyalar, alətlər, geyimlər də bu sahədə biznes quranlara yaxşı gəlir gətirir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti çərçivəsində hazırlanıb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 İyun 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see415

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see274

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see227

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see220

Xanımının ad günündə ürəyi dayanıb 3 ay əvvəl qəza keçiribmiş

08 Avqust 2026 10:57see210

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see206

Qızılın bahalaşmasının əsas səbəbi geosiyasi risklərdir İQTİSADÇI

07 Avqust 2026 14:08see194

Səmanın yerə endiyi şəhər... Fotolar

08 Avqust 2026 04:45see188

Prezidentlər Ağ Evin sahibi deyil, yalnız müvəqqəti sakinidir Trampa ŞOK

08 Avqust 2026 06:06see186

Kişiləri maqnit kimi özlərinə cəlb edən BÜRCLƏRİN qadınları

08 Avqust 2026 09:10see186

Avropada istidən 25 mindən çox insan ölüb

08 Avqust 2026 00:13see185

AL: “Beşiktaş”dan səfər qələbəsi YENİLƏNİB

07 Avqust 2026 23:58see176

Beş meymun hekayəsi

07 Avqust 2026 22:15see173

Naxçıvanda avqust ayı üzrə pensiyalar ÖDƏNİLDİ

08 Avqust 2026 10:58see171

Tez sıxılır, darıxır... Şənbə günü onlarlıq deyil

08 Avqust 2026 10:34see168

Çay deyil, plastik içirsiniz Ən sağlam çay dəmləmə üsulu

08 Avqust 2026 05:05see166

“Ərzurumspor” Nərimanı belə qarşıladı Video

08 Avqust 2026 00:22see165

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

08 Avqust 2026 06:07see162

İyulun ən güclü Android telefonları açıqlandı Lider təəccübləndirir

08 Avqust 2026 00:26see161

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub

08 Avqust 2026 04:33see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri