Icma.az
close
up
RU
Yorğa atların Respublika çempionatı və cıdır mövsümünün bağlanışı ilə əlaqədar yarışlar keçirilmişdir Yeni Gündəm

Yorğa atların Respublika çempionatı və cıdır mövsümünün bağlanışı ilə əlaqədar yarışlar keçirilmişdir Yeni Gündəm

Icma.az, Yenigundem saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə yorğa atların Respublika çempionatı və cıdır mövsümünün bağlanışı ilə əlaqədar yarışlar keçirilmişdir.

“Yeni Gundem” xəbər verir ki, çempionatda Azərbaycanın müxtəlif regionlarında doğulan yerli yorğa atlar 7 müxtəlif kateqoriyada və məsafədə yarışmışdır.

Binə Atçılıq Mərkəzində baş tutan yarışda dördü Qarabağ, Dilbaz və ingilis atlarının qaçışları, səkkizi yorğa atların yarışları olmaqla ümumilikdə 12 kubok uğrunda mübarizə aparılmışdır.

Qaçışlar 1 200, 1 400, 1 600, 1 800, 2 000, 2 400 və 3 200 metr məsafələrdə, erkək, dişi və axta atlar arasında, eyni zamanda, atlar və ayrılıqda dayçalar arasında təşkil olunmuşdur.

Qaçışların nəticələrinə əsasən:

1 200 metr məsafədə, 3 yaşa qədər atlar arasında yorğa qaçışı – “Zülcənah” ləqəbli atla Gəncə şəhərinin təmsilçisi İsfəndiyar İbrahimov; 1 400 metr məsafədə, 3 yaşa qədər atlar arasında yorğa qaçışı – “Qartal” ləqəbli atla Bakı şəhəri, Məhəmmədi qəsəbəsinin təmsilçisi Kamran Şərifov; 1 600 metr məsafədə, 6 yaş yuxarı atlar arasında yorğa qaçışı – “Düldül” ləqəbli atla Bakı şəhəri, Məştağa qəsəbəsinin təmsilçisi Mahir Həsənov; 1 800 metr məsafədə, 6 yaş yuxarı atlar arasında yorğa yarışı – “Halko” ləqəbli atla Gəncə şəhərinin təmsilçisi Xəlil Allahverdiyev; 2 000 metr məsafədə, 5 yaş yuxarı atlar arasında yorğa qaçışı – “Sultan” ləqəbli atla Gəncə şəhərinin təmsilçisi Əli Məmmədov; 2 400 metr məsafədə, 5 yaş yuxarı atlar arasında yorğa qaçışı – “Koma” ləqəbli atla Gəncə şəhərinin təmsilçisi Xəlil Allahverdiyev; 3 200 metr məsafədə 4 yaş yuxarı atlar arasında yorğa qaçışı – “10-100” ləqəbli atla Gəncə şəhərinin təmsilçisi Xəlil Allahverdiyev; 1 800 metr məsafədə qələbə qazanmış yorğa atları arasında keçirilmiş son yarışın nəticəsinə uyğun olaraq Yorğa atları üzrə Respublika çempionu “Kamo” ləqəbli atla Gəncə şəhərinin təmsilçisi Xəlil Allahverdiyev olmuşdur.

Bu gün, həmçinin yorğa atların çempionatı ilə bərabər, cıdır mövsümünün bağlanışı ilə əlaqədar  yarışlar keçirilmişdir.

Keçirilmiş yarışların nəticələrinə əsasən:

1 600 metr məsafədə, 3 yaş yuxarı Dilbaz atları arasında cıdır yarışı – “Tunarın Kralı” ləqəbli atla Hilal Nəzərov; 1 600 metr məsafədə, 3 yaş yuxarı Qarabağ atları arasında cıdır yarışı –  “Kainat” ləqəbli atla Azər Əliyev; 1 600 metr məsafədə, 3 yaşında ingilis atları arasında cıdır yarışı – “Might Prince” ləqəbli atla Azər Əliyev; 1 400 metr məsafədə, 4 yaş yuxarı ingilis atları arasında cıdır yarışı – “Bahr” ləqəbli atla Hilal Nəzərov;

Qarabağ, Dilbaz, ingilis və yorğa atların iştirakı ilə baş tutan yarışların sonunda qaliblərə diplom, kubok və müxtəlif mükafatlar təqdim olunmuş, xatirə fotoşəkilləri çəkdirilmişdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 04 Noyabr 2024 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri