Icma.az
close
up
RU
Yorğa atların Respublika çempionatı və cıdır

Yorğa atların Respublika çempionatı və cıdır

Azvision saytına istinadən Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, çempionatda Azərbaycanın müxtəlif regionlarında doğulan yerli yorğa atlar 7 müxtəlif kateqoriyada və məsafədə yarışmışdır.
Binə Atçılıq Mərkəzində baş tutan yarışda dördü Qarabağ, Dilbaz və ingilis atlarının qaçışları, səkkizi yorğa atların yarışları olmaqla ümumilikdə 12 kubok uğrunda mübarizə aparılmışdır.
Qaçışlar 1 200, 1 400, 1 600, 1 800, 2 000, 2 400 və 3 200 metr məsafələrdə, erkək, dişi və axta atlar arasında, eyni zamanda, atlar və ayrılıqda dayçalar arasında təşkil olunmuşdur.
Qaçışların nəticələrinə əsasən:
1 200 metr məsafədə, 3 yaşa qədər atlar arasında yorğa qaçışı – “Zülcənah” ləqəbli atla Gəncə şəhərinin təmsilçisi İsfəndiyar İbrahimov;
1 400 metr məsafədə, 3 yaşa qədər atlar arasında yorğa qaçışı – “Qartal” ləqəbli atla Bakı şəhəri, Məhəmmədi qəsəbəsinin təmsilçisi Kamran Şərifov;
1 600 metr məsafədə, 6 yaş yuxarı atlar arasında yorğa qaçışı – “Düldül” ləqəbli atla Bakı şəhəri, Məştağa qəsəbəsinin təmsilçisi Mahir Həsənov;
1 800 metr məsafədə, 6 yaş yuxarı atlar arasında yorğa yarışı – “Halko” ləqəbli atla Gəncə şəhərinin təmsilçisi Xəlil Allahverdiyev;
2 000 metr məsafədə, 5 yaş yuxarı atlar arasında yorğa qaçışı – “Sultan” ləqəbli atla Gəncə şəhərinin təmsilçisi Əli Məmmədov;
2 400 metr məsafədə, 5 yaş yuxarı atlar arasında yorğa qaçışı – “Koma” ləqəbli atla Gəncə şəhərinin təmsilçisi Xəlil Allahverdiyev;
3 200 metr məsafədə 4 yaş yuxarı atlar arasında yorğa qaçışı – “10-100” ləqəbli atla Gəncə şəhərinin təmsilçisi Xəlil Allahverdiyev;
1 800 metr məsafədə qələbə qazanmış yorğa atları arasında keçirilmiş son yarışın nəticəsinə uyğun olaraq
Yorğa atları üzrə Respublika çempionu “Kamo” ləqəbli atla Gəncə şəhərinin təmsilçisi Xəlil Allahverdiyev olmuşdur.
Bu gün, həmçinin yorğa atların çempionatı ilə bərabər, cıdır mövsümünün bağlanışı ilə əlaqədar yarışlar keçirilmişdir.
Keçirilmiş yarışların nəticələrinə əsasən:
1 600 metr məsafədə, 3 yaş yuxarı Dilbaz atları arasında cıdır yarışı – “Tunarın Kralı” ləqəbli atla Hilal Nəzərov;
1 600 metr məsafədə, 3 yaş yuxarı Qarabağ atları arasında cıdır yarışı – “Kainat” ləqəbli atla Azər Əliyev;
1 600 metr məsafədə, 3 yaşında ingilis atları arasında cıdır yarışı – “Might Prince” ləqəbli atla Azər Əliyev;
1 400 metr məsafədə, 4 yaş yuxarı ingilis atları arasında cıdır yarışı – “Bahr” ləqəbli atla Hilal Nəzərov;
Qarabağ, Dilbaz, ingilis və yorğa atların iştirakı ilə baş tutan yarışların sonunda qaliblərə diplom, kubok və müxtəlif mükafatlar təqdim olunmuş, xatirə fotoşəkilləri çəkdirilmişdir.

AzVision.az
Qalereya
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://azvision.az
archiveBu xəbər 04 Noyabr 2024 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see664

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see282

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see272

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see257

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see240

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see234

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see230

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see221

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see207

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see206

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see195

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see195

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see188

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see188

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see184

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see183

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see182

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see178

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see175

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri