Icma.az
close
up
RU
YORĞUN BƏDƏN, TÜKƏNMİŞ RUH...

YORĞUN BƏDƏN, TÜKƏNMİŞ RUH...

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Xaləddin İbrahimli, professor

Bədən yorulanda yaşanan hal yorğunluqdur, ruh tükənəndə yaşanan hal isə tükənmişlik. İnsan bəzən dayanır. Amma hər dayanmaq eyni mənaya gəlmir. Bəzən bu, sadəcə yorğunluqdur – uzun yol yürümüş bir yolçunun daşın üstündə oturub nəfəsini dərməsi kimi. Onun ayaqları titrəyir, alnından tər axır, amma baxışları hələ də yolun davamına yönəlib. O bilir ki, yol bitməyib, o bilir ki, indiki durum bitmiş durum və oturdugu yer son dayanacaq deyil. Yorğunluq – hərəkətin ölçüsü, yaşamanın, mübarizənin sübutudur. Yorğunluq keçicidir. O, bədənə aid bir fasilədir – zamanın içində qısa bir pauzadır. İnsan dincəlib yenidən güc toplayır, yoluna davam edə bilir. Amma bəzən insan dayananda artıq hərəkətinin səbəbini, yönünü, yaşamının anlamını itirir. Bu, tükənmişlikdir. Bu hal sadəcə yorulmaq deyil – insanın özündən uzaqlaşmasıdır, artıq bədənin yox, varlığın, ruhun yorulmasıdır. Sanki insanın içində bir zamanlar yanan o işıq – arzu, inam, məqsəd, maraq, ümid – yavaş-yavaş sönür. Və bir gün insan anlayır ki, hərəkət edir, amma artıq irəli gedə bilmir.

Psixologiyada bu vəziyyət üç əsas mərhələ ilə izah olunur: əvvəlcə emosional tükənmə yaranır, sonra insan ətrafdakılardan uzaqlaşır, sanki onlara qarşı laqeyd və soyuq olur, axırda özünü dəyərsiz və yetərsiz hiss etməyə başlayır. Bu, artıq sadəcə yorğunluq deyil, şəxsiyyətin içdən aşınmasıdır.

Yorğun insan dayananda özünü toparlayır, tükənmiş insan dayananda isə özünü tapa bilmir. Bu iki hal arasındakı fərq incədir, amma çox ciddidir. Çünki biri istirahət tələb edir, digəri isə dəyişiklik.

Uzunmüddətli stress insanın sinir sistemini də dəyişir. Bədən davamlı olaraq “dirən və ya qaç” vəziyyətində qalır və bir müddət sonra bu gərginlik normaya çevrilir. Lakin ruh bu vəziyyətə uyğunlaşa bilmir. Dışarıda hər şey davam edir, amma içəridən insan parçalanmağa başlayır.

Tükənmiş insan yalnız yorulmur – o, artıq heç nədən zövq ala bilmir. Psixologiyada bu hal “anhedoniya” adlanır. Bir zamanlar sevinc gətirən şeylər belə mənasını itirir. İnsan yaşamağa davam edir, amma artıq hiss etmədən, zövq aalmadan.

Viktor Frankl insanın mənasızlıq qarşısında necə sındığından söz açırdı. Yorğunluqda insan hələ də mənanı daşıyır – o sadəcə zəifləyib, taqətdən düşüb. Amma tükənmişlikdə mənanın özü əriyir. Sanki insan bir vaxtlar inandığı hər şeyin içinin boş olduğunu hiss edir. Belə olduqda nə istirahət kömək edir, nə də zaman. Çünki problem gücdə, enerjidə deyil – istiqamətdədir. Bu, kompası xarab olmuş yolçunun vəziyyətidir. O hərəkət edir, amma artıq “irəli”, “yön” anlayışlarına sahib deyil.

Karl Yungun sözləri ilə desək, insan öz həqiqi “mən”indən uzaqlaşdıqca ruhu yorulur. Yorğunluq bəzən sadəcə yolun uzunluğundan yaranır. Amma tükənmişlik – yanlış yolun, insanın özünə yadlaşdığı bir həyatın nəticəsidir. İnsan tükəndikcə öz həyatının subyekti olmaqdan çıxır və sanki öz həyatının seyrçisinə çevrilir.

Bu parçalanma səs salmır, sakitcə baş verir.

Yorğunluqdan sonra insan yenidən başlaya bilər, tükənmişlikdən sonra isə əvvəlcə dayanmalı, düşünməli və özünə “mən hara gedirdim?” sualını verməlidir. Bu sualın cavabını tapmadan irəliləməyin heç bir mənası yoxdur.

Yorğunluq gecə kimidir – qaranlıqdır, amma səhəri var; tükənmişlik isə dərin uçurumdur – insan düşdüyünü hiss edir, amma uçurumun dibini görə bilmir.

Bəlkə də həyatın ən dərin fərqi burada gizlidir: insan hər yorulduqda dayanmalı deyil, amma hər tükəndikdə davam etməməlidir. Çünki yorğunluq bədəni dayandırır, tükənmişlik isə insanı. Və bəzən xilas olmaq üçün dincəlmək yox, yönü dəyişmək lazımdır.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Aprel 2026 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tələbələr yaşamadıqları mənzilin kirayəsini ödəyirlər? − Video

09 Avqust 2026 11:17see220

Bakıda problem: Çətirlər yağış üçün yox, kondisioner suyu üçün açılır (VİDEO)

09 Avqust 2026 10:21see220

Ən tələbkar üç BÜRC Güzəştə getmirlər

09 Avqust 2026 21:56see219

Xameneinin videosu köhnədir?

09 Avqust 2026 15:56see214

Qəbul imtahanlarında yeni model: situasiya suallarının qiymətləndirilməsi nə qədər şəffafdır?

09 Avqust 2026 13:01see213

SOCAR KBR in meneceri Binəqədi 38 MMMC də dərəbəylik yaradıb…

10 Avqust 2026 11:11see212

Onlar alman cəmiyyətində qorxu yaratmağa çalışırlar Nazir

10 Avqust 2026 02:03see189

DİN dən vətəndaşlara ÇAĞIRIŞ: Uşaqları nəzarətsiz qoymayın FOTO

09 Avqust 2026 16:40see189

Sabir Rüstəmxanlının çin olan kədərli yuxusu...

10 Avqust 2026 07:00see188

Tramp: ABŞ İranla yarımçıq danışıqlar aparır

10 Avqust 2026 01:07see187

Ərdoğana sui qəsd hazırlayan FETÖ çülər saxlanıldı

10 Avqust 2026 22:34see181

Küçə lampalarını əvəz edə biləcək bitkilər yetişdirildi

11 Avqust 2026 02:18see179

David Seliverstovun Gürcüstanda kazinoda dava saldı, antisemitizmdən dəm vurdu VİDEO

09 Avqust 2026 20:53see177

Ceki Can Bakıda restoranda bu mahnını dinlədi VİDEO

11 Avqust 2026 00:53see175

Fidan: “Rusiya çıxılmaz vəziyyətə düşərsə, nüvə silahından istifadə edə bilər”

09 Avqust 2026 06:50see168

Prezident ordunu ayağa qaldırdı Fövqəladə vəziyyət elan olundu

11 Avqust 2026 01:56see168

“Sabah” “Orhus”un planlarını dəyişdi Liqa matçı təxirə salındı

09 Avqust 2026 21:14see167

Zaqatalanın icra başçısının sürücüsü qəzada öldü

10 Avqust 2026 00:31see166

İsveçdə Rusiya casus şəbəkəsi İFŞA olundu

11 Avqust 2026 01:45see163

Samsung bu modüllərlə yollarını ayırır: SİYAHI

11 Avqust 2026 02:24see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri