Icma.az
close
up
RU
Yorğun “Neftçi”, tarix yazan “Sabah”

Yorğun “Neftçi”, tarix yazan “Sabah”

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Sabah” Azərbaycan Kubokunda finala yüksəlib. “Bayquşlar” yarımfinalda “Neftçi” səddini aşıb (2:1, 1:1).

Masazırda baş tutan cavab görüşü öncəsi “Sabah”ın ilk oyundan üstünlüyü vardı. Böyük azarkeş marağının olduğu qarşılaşmada tribunalar demək olar, dolu idi. “Neftçi”nin fanklubu – “Forza Neftçi” isə oyunun startından böyük dəstəklə komandasının finala çıxmağını arzulayırdı. Oyuna daha yaxşı başlayan tərəf də məhz “ağ-qaralar” oldu. Erkən qolla rəqibin müqavimətini qırmağa çalışan “Neftçi”nin cəhdləri alınmadı. Filib Ozobiç iki epizodda real qol şansını boşa verdi. Əvəzində “Sabah” ilk hücumunu qolla tamamlamaqla final qapısını yarıdan çox araladı. Fasiləyə qədər bir qol vurmağı bacaran “Neftçi” asan təslim olmayacağını, Masazıra final bileti almaq üçün gəldiyini göstərdi.

Ancaq fasilədən sonra oyun fərqli məcrada keçdi. Bakılılar yorulmuş, artıq hücum etməkdə çətinlik çəkməyə başlamışdı. Əvəzində isə “Sabah” böyük qüvvə ilə irəli atılır, ikinci qolu da vuraraq, məsələni həll etməyə çalışırdı. “Bayquşlar” bir neçə real qol şansı yaxalamasına baxmayaraq, “ağ-qaralar”ın qapıçısı Rza Cəfərov qola imkan vermirdi. Bəzi epizodlarda isə bəxt amili paytaxt təmsilçisinin yanında idi. İlk hissədə vurulan qollar sonuncu oldu və birinci matçda qələbə qazanan “Sabah” adını finala yazdırdı, həm də tarixində ilk dəfə.

Vasili Berezutskinin əvəzləmələri daha effektiv alındı, nəinki Samir Abasovun. “Neftçi”də oyuna sonradan qoşulan Dembo Darbo, Ramil Şeydayev hücum gücünü artırmağa hesablansa da, “Sabah” buna imkan vermədi. Eyni zamanda “ağ-qaralar”da yorğunluq kəskin özünü büruzə verdi. Tez-tez top itkiləri, hücuma çıxmaqda yaşanan çətinlik final yolunu bağladı.

“Neftçi” üçün mövsüm bitdi. Premyer Liqada da iddiası qalmayan “ağ-qaralar” artıq növbəti mövsümün planlarına başlamalıdır. “Sabah” isə titul şansını saxlayır. Finalda rəqib “Qarabağ” olacaq. Düzdür, “atlılar” daha favoritdir, ancaq kubok bir oyundan ibarət olacaq və hər şey yaşıl meydanda həll olunacaq.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 24 Aprel 2025 08:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see514

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see466

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see363

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see309

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see290

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see272

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see249

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see245

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see225

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see224

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see220

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see217

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see214

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see201

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see183

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see177

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see174

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri