Icma.az
close
up
RU
Yorğun “Qarabağ”, problemli “Nyukasl” kim üstün çıxacaq?

Yorğun “Qarabağ”, problemli “Nyukasl” kim üstün çıxacaq?

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Şahin Diniyev hesab edir ki, sabah “Qarabağ” üçün tarixi gecədir, nəticə İngiltərədə həll olunacaq

Sabah saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda “Qarabağ”la “Nyukasl” arasında qarşılaşma keçiriləcək. Bu matç Azərbaycan futbolu üçün tarixi əhəmiyyət daşıyır və həm yerli, həm də xarici azarkeşlər tərəfindən böyük maraqla gözlənilir. “Qarabağ” FK hazırda çempionatda və Avropa turnirlərində mübarizə aparır, amma heyətdə fiziki yorğunluq və rotasiya problemləri mövcuddur. Digər tərəfdən, ““Nyukasl” da öz gücünü göstərmək istəyir, lakin İngiltərə liqasının sıx cədvəli komandaya fiziki və taktiki sınaqlar gətirib. Azarkeşləri həyəcan dolu oyun və gözlənilməz anlar gözləyir, nəticənin isə yəqin ki, son dəqiqələrdə müəyyənləşəcəyi proqnozlaşdırılır.

Futbol mütəxəssisi Şahin Diniyev Sherg.az-a deyib ki, “Qarabağ” üçün play-off-u keçmək və ilk onaltılığa düşmək baxımından tarixi bir oyun olacaq: 

“Şərtlər eynidir, yəni komandaların gücü əllinin-əlliyə faizlərlə əks olunur. Həmçinin iki komanda da hazırda optimal formada deyil və müəyyən problemlərlə üzləşir. “Qarabağ”da əsas məsələ fiziki hazırlıqla bağlıdır. Yəni heyəti rotasiya etmək çətinliyi var. Həm ölkə çempionatı, həm Kubok, həm də Çempionlar Liqasında mübarizə aparmaq futbolçuların yorğunluğunu artırır. Son oyunlar da göstərir ki, “Qarabağ” hələ tam pik formasında deyil və fiziki cəhətdən yorğunluq var. ““Nyukasl” da isə fiziki problem yoxdur, amma ümumiyyətlə komanda oyun strukturunda çətinliklərlə üzləşir. Futbolçuların və məşqçilərin planları istədikləri kimi alınmır. Çempionatda və Çempionlar Liqasında qarışıq vəziyyət davam edir, bu da komandanın nəticələrinə təsir edir. Əlavə olaraq, bu oyunlar fiziki və taktiki baxımdan komandanın zəif tərəflərini ortaya çıxarır. Amma unutmayaq ki, Çempionlar Liqası iki oyunlu sistemlə keçirilir. Hər iki komanda toparlana və yaxşı oyun göstərə bilər. "Qarabağ"a uğurlar arzulayıram. Düşünürəm ki, bizi maraqlı oyun gözləyir. Nəticə isə yəqin ki, Bakıda yox, İngiltərədə həll olunacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Fevral 2026 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see325

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see318

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see311

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see283

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see275

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see253

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see245

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see239

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see232

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see227

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see222

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see220

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see214

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see214

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see209

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see207

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see189

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see185

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri