Icma.az
close
up
RU
“Yorulduq, amma yolumuza davam etdik” Qubadlıdan olan əkiz bacı qardaşın UĞUR HEKAYƏSİ FOTO

“Yorulduq, amma yolumuza davam etdik” Qubadlıdan olan əkiz bacı qardaşın UĞUR HEKAYƏSİ FOTO

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qubadlı rayonu Cəlal Haşımov adına Mərdanlı kənd tam orta məktəbinin əkiz abituriyentləri - Həmid və Həmidə Məmmədli qazandıqları uğurları ilə adlarından söz etdirməyi bacarırlar.
5 dekabr 2007-ci ildə anadan olan bacı-qardaş Bizim.Media-ya qazandıqları nailiyyətlər barədə danışıblar. 
Həmidə Məmmədli deyir ki, tibb sahəsində təhsil almaq, həkim olmaq onun ən böyük arzusu olub. Bunun üçün ilk addım olaraq seçimini Qarabağ Univeristeti, Tibb və Sağlamlıq elmləri fakültəsi, tibb ixtisasından yana edib.
Qəbul imtahanında 619.4 toplayan Həmidə deyir ki, uşaqlıqdan həm sınaq, həm də intellektual yarışlarda iştirak ediblər:

“Bəzən eyni komandada, bəzən isə ayrı-ayrı komandalarda mübarizə aparırdıq. Həm birlikdə, həm də fərdi şəkildə qələbələrimiz olub. Amma etiraf edim ki, birlikdə qazandığımız uğurun sevinci və həyəcanı tamam başqa idi, onu heç nəyə dəyişmək olmaz. Ayrı komandada olsaq belə, hər zaman bir-birimiz üçün ən yaxşı nəticəni arzulayırdıq”.
Həmid Məmmədli isə uğurları ilə bacısından geri qalmır.
O, dünya üzrə qəbul şansı 4%-dən az olan “Türkiye Scholarships” proqramında, mühəndislik sahəsində Türkiyə üzrə 1-ci, dünya üzrə isə 79-cu yerdə qərarlaşan İstanbul Teknik Universitetində Electronics and Communications (100% İngilis dilli) ixtisasına qəbul alıb. Bundan əlavə olaraq, məktəbi qızıl nişanla başa vurub.

“11 illik təhsilimi qızıl nişan və prestijli universitetə qəbul ilə tamamladım. 10-cu sinifdən başladığım robototexnika yolunda kapitanı olduğum komandam ilə SAF 2023 -də ilk dəfə keçirilən Boat-Racing kateqoriyasında birincilik  və "Jury Award" qazandıq. TEKNOFEST 2024 -də isə "İnsansız Sualtı Sistemləri" üzrə finala yüksələn yeganə Azərbaycan komandası olduq. 
TEKNOFEST-də bu kateqoriyanın 8 il ərzində keçirilməsinə baxmayaraq, bu nəticəyə çatan tək komanda biz olduq və bu rekord bu il də qırılmadı.
Finala çıxdığımız ilk ildən həm birincilik, həm də “En Özgün Tasarım” mükafatını qazandıq. Türkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğanla görüşümüz də bu qalibiyyətdən sonra oldu.

Prezident Ərdoğan 4 oktyabr tarixində Adana  Şakirpaşa Hava Limanında səhnədə birinciliyi bizə təqdim etdi. Daha sonra "Sabahin Alimləri XIV"-də ilk dəfə keçirilən "Robototexnika və Süni İntellekt" kateqoriyasında da birincilik qazandıq. Beləcə, 10-cu sinifdən qatıldığım hər üç yarışmanı qızıl medalla  tamamlayaraq əsl hat-trick  etdim. Məktəb illərimin sonunda isə Azərbaycanda ilk dəfə keçirilən "AROVC" çempionatında koordinator, "Boat-Racing" yarışında isə hakim  kimi fəaliyyət göstərdim.
Sonda isə dünya üzrə qəbul şansı 4%-dən az olan “Türkiye Scholarships” proqramı ilə  mühəndislik sahəsində Türkiyə üzrə 1-ci, dünya üzrə 79-cu yerdə qərarlaşan İstanbul Teknik Üniversitesində — "Electronics and Communications" (100% İngilis dili) (Elektronika və kommunikasiya)  ixtisasına qəbul aldım.
Bunun sayəsində mənim həm orada qalmağım təmin olunacaq, həm illiyim ödəniləcək. Mən də atamın davamçısı kimi gələcəkdə elektrik elektronik mühəndisi olmaq istəyirəm”, -deyə Həmid açıqlamasında qeyd edib.
Həmidə Məmmədli bu dövrdə birlikdə çalışdıqlarını uğurlarında bir-birinin yanında olduqlarını bildirib:

“Bizim birgə hazırlıq dönəmimiz enişli-yoxuşlu keçdi, bu zamanda çətinliklərimiz də oldu. Nəticədə qazandığımız sevincə görə isə bu çətinlikləri yaşamağa dəyərdi. Bəzən yoruldum, “alınmayacaq” deyə düşündüm, amma yenidən toparlanıb yoluma davam etdim. Bu müddətdə ailəmizin, müəllimlərimizin və dostlarımızın dəstəyi də bizə böyük motivasiya verdi. Bu səbəbdən onların hər birinə təşəkkür edirik”.




Naibə Məmmədova, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 Sentyabr 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see254

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see241

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see198

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see195

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see189

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see187

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see184

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see183

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see176

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see157

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see149

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see133

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see131

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see131

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see130

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see130

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see128

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see126

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see124

​“UNESCO buna Ermənistanın mane olduğunu etiraf etmişdi”

10 Dekabr 2025 17:16see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri