Icma.az
close
up
RU
Uğur hekayəsi döyüşlərdə yazılıb

Uğur hekayəsi döyüşlərdə yazılıb

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

İndi də keşikdədir, asayişin keşiyində...

Müharibə odlu bir köynəkdir, onu hamı əyninə geyinə bilmir. Müharibənin nəticəsini əvvəlcədən görmək mümkündür. Söhbət qalib və məğlub olmaqdan getmir. Bais olduğu ölümlər, qan-qada onun əsl mahiyyətini üzə çıxarır. Yəni müharibə varsa ölüm qaçılmazdır.

Dalaşmaq, dava etmək, döyüşmək anlayışı fərdlərə deyil, topluya, kütləyə, xalqlara, dövlətlərə şamil olunanda onun miqyasının genişlənməsi mənasını dəyişir, ən çox da anaların qorxduğu sözə-müharibəyə çevrilir.

“Qorxuram”ı heç bir ata dilinə gətirməz. Əsl qorxu doğmasını, əzizini itirəndən sonra başlayar. Yanında yeri boş qalar, dilində adı qabar bağlayar, bax onda ataların ürəyi çox yaşamaq qorxusuna təslim olar...

Xalq sınağa çəkilirdi

Müharibənin odlu kürəsinin bir qərinə öncə Azərbaycanda yaxıb-yandırmadığı yer, ürək qalmadı. Xalqımızın sınağına çevrilən bu bəla əsrdən-əsrə, nəsildən-nəslə keçdi. Yenə də canlar aldı, qanlar töküldü. İşğal nəticəsində odlara qalanan kəndlərin, şəhərlərin əhalisi canlarını dişində götürüb qaça bilsələr də illərlə məcburi köçkün adı, damğası ilə yaşadılar.

Əslində insanın insandan qaçması insanlığın faciəsidir. Adətən, görmüşük ki, həyatına təhlükədən, vəhşi heyvandan və digər qorxulardan insan qaçıb insana sığınar.

Ancaq birinci Qarabağ müharibəsinə qədər və ondan sonrakı dövrlərdə xalqımız insan maskası geyinmiş dişi qanlı canavarlardan və onların havadarlarından qaçmağa məcbur oldu.

Öz vətənində qərib kimi yaşamağa ad qoymaq mümkün deyil. Məhz buna görə də ikinci bir müharibənin olmasını atalar daha çox istəyirdi. Bir parçasını, ciyərparasını itirməyə, ona ömürlük həsrət qalmağa, qatlanmağın əsas səbəbi düşmən tapdağındakı torpaq, yurd yeri idi. Çünki tapdaq altında qalan torpağın ahı insanı tutur, yaşamaqla ölmək arasında qalıb əzab çəkir...

Biz o əzabdan beş il öncə-sentyabrın 27-də qurtulduq. Vətən, torpaq uğrunda əsl müharibənin, döyüşün həm də humanist dəyərlərlə necə aparıldığını biz illər öncə qanımızın töküldüyünə göz yumanlara göstərdik. Qələbəmizə dost da şahidlik etdi, düşmən də.


Yazımın qəhrəmanı olan polis serjantı Ceyhun Abuşova müharibə atasının qolundan tanışdı. 1992-ci ildə Qarabağ uğrundakı döyüşlərdə qolundan ağır yaralanan Nüsrət Abuşov illər öncə qoluna qoyulmuş milin göynərtisindən indi də yuxu nədir bilmir. Çünki canında müharibədən nişanə gəzdirənlər üçün savaş heç vaxt bitmir...
Həmkarımız 1995-ci ildə Masallı rayonunun I Yeddioymaq kəndində doğulub. Masallı rayonundakı 1 saylı tam orta məktəbi bitirib. 2015-ci ilin oktyabrında həqiqi hərbi xidmətə çağırılıb. İntizamlı əsgər olub.

Güclü ordunun əsgəri idi

Keçirilən təlimlərə əsl müharibə kimi baxıb, şərti döyüş tapşırıqlarını layiqincə yerinə yetirib. Müharibənin yaşamaqla ölüm arasında bir an olduğunu 2016-cı ilin aprelində görüb. Talış kəndi istiqamətində gedən döyüşlərdə fədakarlıq göstərib. 2017-ci ildə ordudan tərxis olunub. 2020-ci ildə könüllü olaraq Vətən müharibəsinə qatılıb. Deyir ki, atamdan adını eşitdiyim, ancaq heç vaxt görmədiyim, olmadığım yerlərdə döyüşmək mənə yuxu kimi gəlirdi. Ordumuz Cəbrayıl, Qubadlı, Zəngilan istiqamətlərində düşmənin canlı qüvvəsini məhv etdikcə və zirehli texnikasını sıradan çıxardıqca mənə elə gəlirdi ki, atamın indi də ağrıyan qolunun, Xocalıda qanına qəltan edilən, min bir əziyyətlə öldürülən körpələrin qisası alınır...

Bu gün sıramızdadır

Polis olmaq arzusunu belə dilinə gətirir: “Müharibənin gedişində və müharibədən sonra  Azərbaycan Polisinin fədakarlığının şahidi oldum. İşğaldan azad olunmuş ərazilərdə asayişin qorunması, digər tədbirlərin həyata keçirilməsi polisə həvalə olunmuşdu. Bütün çətinliklərə baxmayaraq tapşırılan işin öhdəsindən gələn polisin sıralarına qoşulmaq üçün Daxili İşlər Nazirliyinə müraciət etdim. Müraciətimə müsbət yanaşıldı. Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən sıra baxışında iştirak etdim. Cənab nazirin Vətən müharibəsi iştirakçılarına xüsusi rəğbətlə və həssaslıqla yanaşması məni daha da ruhlandırdı”...

O, 2021-ci ildə daxili işlər orqanlarına qəbul olunub. Hazırda Nərimanov RPİ Post-Patrul Xidmətinin əməkdaşıdır. Polis serjantı Ceyhun Abuşov antiterror tədbirlərində də iştirak edib.

Həmkarımız Müzəffər Ali baş Komandan tərəfindən “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.



Hafiz Təmirov,
polis polkovniki

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Avqust 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see205

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see151

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see148

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see148

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see147

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see146

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see143

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see143

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see141

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see141

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see140

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see140

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see140

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see139

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see139

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see138

Gənc yaşda dodaq dolğusunun fəsadları barədə XƏBƏRDARLIQ

29 Sentyabr 2026 14:06see137

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see133

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see132

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri