“Young Learners” kvalifikasiya imtahanlarına qeydiyyat aparılır
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 23 aprel, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 28-də “Young Learners” (Azyaşlı öyrənənlər) kvalifikasiya imtahanları keçirəcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanlara qeydiyyat mayın 13-dək aparılacaq.
Bu kvalifikasiyalar azyaşlıları ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə xüsusi olaraq hazırlanıb. Hər bir imtahan iştirakçısına Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu tərəfindən beynəlxalq səviyyədə tanınan sertifikat təqdim olunur.
Xatırladaq ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Cambridge English Qualifications (Kembric ingilis dili kvalifikasiyaları), Cambridge English Teaching (Kembric ingilis dilinin tədrisi) imtahanlarını təşkil edir.
İmtahana qeydiyyat üçün linkə daxil ola bilərsiniz.
Ətraflı məlumat üçün [email protected] poçt ünvanına müraciət edə bilərsiniz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 23 Aprel 2025 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















