Azyaşlı öyrənənlər üçün ingilis dili üzrə kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 16 oktyabr, AZƏRTAC
“Young Learners” (azyaşlı öyrənənlər) kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir. İmtahan dekabrın 13-də keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, qeydiyyat oktyabrın 29-dək aparılır.
Qeyd edək ki, bu kvalifikasiyalar azyaşlıları (6-12 yaş) ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə xüsusi olaraq hazırlanıb. Hər bir imtahan iştirakçısına Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu tərəfindən beynəlxalq səviyyədə tanınan sertifikat təqdim olunur.
Xatırladaq ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq “Cambridge English Qualifications” (Kembric ingilis dili kvalifikasiyaları), “Cambridge English Teaching” (Kembric ingilis dilinin tədrisi) imtahanlarını təşkil edir.
Ətraflı məlumat üçün [email protected] ünvanına yazmaq olar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 16 Oktyabr 2025 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















