Azyaşlı öyrənənlər üçün ingilis dilindən kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 25 iyun, AZƏRTAC
“Young Learners” (Azyaşlı öyrənənlər) kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, imtahan avqustun 16-da keçiriləcək.
İmtahana iyulun 2-dək qeydiyyatdan keçmək olar.
Kvalifikasiyalar azyaşlıları (6-12) ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə xüsusi olaraq hazırlanıb. Hər bir imtahan iştirakçısına Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu tərəfindən beynəlxalq səviyyədə tanınan sertifikat təqdim olunur.
Xatırladaq ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq “Cambridge English Qualifications” (Kembric ingilis dili kvalifikasiyaları), “Cambridge English Teaching” (Kembric ingilis dilinin tədrisi) imtahanlarını təşkil edir.
Ətraflı məlumat üçün [email protected] ünvanına müraciət etmək olar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 25 İyun 2025 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















