“Young Learners” kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 12 avqust, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) “Young Learners” (Azyaşlı öyrənənlər) kvalifikasiya imtahanlarına qeydiyyat elan edir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan oktyabrın 18-də keçiriləcək.
İmtahana qeydiyyat üçün linkə daxil ola bilərsiniz. Son qeydiyyat tarixi 3 sentyabrdır.
Qeyd edək ki, bu kvalifikasiyalar azyaşlıları (6-12 yaş) ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə xüsusi olaraq hazırlanıb. Hər bir imtahan iştirakçısına Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu tərəfindən beynəlxalq səviyyədə tanınan sertifikat təqdim olunur.
DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq “Cambridge English Qualifications” (Kembric ingilis dili kvalifikasiyaları), “Cambridge English Teaching” (Kembric ingilis dilinin tədrisi) imtahanlarını təşkil edir.
Ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 12 Avqust 2025 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















