Yoxa çıxan Afaq Aslandan təccübləndirən addım (Video)
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Uzun illərdi Dubayda yaşayan tanınmış ifaçı Afaq Aslan yeni beynəlxalq layihəsi ilə ərəb auditoriyasına üz tutur.
Milli.Az xəbər verir ki, ifaçı Azərbaycanın ən sevilən xalq mahnılarından biri olan "Sarı Gəlin"i Azərbaycan və ərəb dillərində təqdim edib.
Layihənin əsas məqsədi Azərbaycan musiqisini və milli-mədəni irsini ərəbdilli ölkələrdə daha geniş tanıtmaq, "Sarı Gəlin"i azərbaycanlı ifaçının təqdimatında yeni auditoriyaya çatdırmaqdır.
Afaq Aslan bildirir ki, "Sarı Gəlin" mahnısı ermənilər tərəfindən dəfələrlə mənimsənilərək öz milli irsləri kimi təqdim olunub. İfaçı isə bu layihə vasitəsilə mahnının Azərbaycan musiqi mədəniyyətindəki yerini ərəb dünyasına tanıtmağı qarşısına məqsəd qoyub:
"İstəyirəm ki, milyonlarla ərəbdilli dinləyici bu mahnını dinləyərkən Azərbaycanı və onun zəngin musiqi mədəniyyətini hiss etsin. Mənim üçün bu, sadəcə bir ifa deyil, milli musiqimizi daha geniş auditoriyaya tanıtmaq fürsətidir".
Afaq Aslan son zamanlar Dubayda da diqqət çəkən simalara çevrilib. İfaçının TikTok platformasında ərəbdilli istifadəçilər arasında paylaşımları yüksək maraqla qarşılanır və o, reytinq sıralamalarında birincilik əldə edir.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:191
Bu xəbər 02 Sentyabr 2026 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















