YTP ilə “OnDigital” şirkəti arasında niyyət protokolu imzalanıb
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 6 fevral, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı (YTP) ilə “OnDigital” şirkəti arasında niyyət protokolu imzalanıb.
YTP-dən AZƏRTAC-a bildirilib ki, bu tərəfdaşlıq marketinq və rəqəmsal transformasiya sahəsində innovasiyaları və əməkdaşlığı təşviq etmək üçün mühüm addımdır. Razılaşmaya əsasən, aparıcı marketinq agentliyi olan “OnDigital” “SABAH.city” innovasiya şəhərciyində fəaliyyətə başlayacaq. Şirkət brendinq, rəqəmsal strategiya, süni intellekt və kreativ həllər sahəsindəki təcrübəsi ilə ekosistemin inkişafına töhfə verəcək. Bu əməkdaşlıq müasir marketinq təşəbbüslərini irəli aparmaq və rəqəmsal sahənin inkişafına dəstək olmaq məqsədi daşıyır.
Baxış sayı:122
Bu xəbər 06 Fevral 2025 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















