Yüksək Liqada çıxış edən voleybolçu: Təcrübəli oyunçulara qarşı çıxış etmək gücümüzü artırır
Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.
Təcrübəli oyunçulara qarşı çıxış etmək gücümüzü artırmağa təkan verir.
"Report"un məlumatına görə, bunu UNEC komandasının voleybolçusu Xədicə Hadızadə deyib.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlama verən gənc oyunçu cari mövsüm debüt etdiyi Yüksək Liqanı dəyərləndirib:
“Bu il ilk dəfədir ki, Yüksək Liqada çıxış edirəm. Çempionat çox maraqlı keçir. Rəqiblərimiz güclüdür, buna baxmayaraq, biz hər oyunda əlimizdən gələni edirik. Digər komandalarla müqayisədə UNEC-in heyəti daha gənc voleybolçulardan təşkil olunub. Təcrübəli oyunçulara qarşı çıxış etmək gücümüzü artırmağa təkan verir".
Qeyd edək ki, UNEC Azərbaycan Yüksək Liqasında beş oyundan sonra 0 xalla sonuncu - altıncı sırada yer alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 12 Yanvar 2025 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















