Icma.az
close
up
RU
Yüksək maaşlı, lakin az tanınan peşələr Açıqlama

Yüksək maaşlı, lakin az tanınan peşələr Açıqlama

Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda bəzi peşələr yüksək gəlir imkanları təqdim etsə də, gənclər arasında bu sahələrə maraq hələ də aşağı qalır. Əmək bazarında ehtiyac duyulan, lakin geniş tanınmayan ixtisasların seçilməməsi peşəyönümü və məlumat çatışmazlığı ilə bağlı suallar yaradır.
Bəs yüksək maaşlı, lakin az tanınan peşələrə maraq niyə aşağıdır? Bu, gənclərin peşə seçimi ilə bağlı məlumat azlığından qaynaqlanır, yoxsa əmək bazarının real vəziyyəti onları daha ənənəvi ixtisaslara yönəldir?
Təhsil eksperti Əmrah Həsənli Demokrat.az-a açıqlamasında bildirib ki, burada həm məlumat çatışmazlığı, həm də əmək bazarının formalaşdırdığı psixoloji təsir rol oynayır.
Onun sözlərinə görə, bu iki amil bir-birini tamamlayır:
"Azərbaycanda gənclərin böyük hissəsi peşə seçərkən hələ də ən çox tanınan ixtisaslara üstünlük verir. Məsələn, hüquq, tibb, müəllimlik və iqtisadiyyat kimi sahələr uzun illərdir cəmiyyətimiz tərəfindən uğurlu karyera nümunəsi kimi təqdim olunur. Halbuki bu gün əmək bazarında yüksək gəlir gətirən, lakin geniş ictimaiyyət tərəfindən kifayət qədər tanınmayan logistika, sənaye, avtomatlaşdırma, kibertəhlükəsizlik, məlumat analitikası, texniki xidmət, bəzi istehsalat sahələri və digər peşə istiqamətləri üzrə ciddi kadr ehtiyacı mövcuddur. Amma buna baxmayaraq, gənclərin əksəriyyəti həmin peşələrin nə iş gördüyünü, hansı bacarıqlar tələb etdiyini və gəlir imkanlarını bilmir. Bu da məktəblərdə peşəyönümü işinin daha da gücləndirilməsinin vacibliyini göstərir.
Digər tərəfdən, əmək bazarının reallıqları da seçimə təsir edir. Gənclər təkcə maaşa baxmırlar. Onlar sabit iş yeri, karyera inkişafı, sosial təminat və gələcək perspektivləri də nəzərə alırlar. Əgər hər hansı peşə yüksək maaş vəd etsə də, vakansiyaların sayı məhduddursa və inkişaf yolu qeyri-müəyyəndirsə, təbii olaraq daha ənənəvi ixtisaslara üstünlük verəcəklər. Bu baxımdan onların qərarını yalnız məlumat azlığı ilə əlaqələndirmək də doğru olmaz.
Məncə, əsas problemlərdən biri də odur ki, peşə seçimi çox vaxt əmək bazarının təhlili əsasında deyil, ailənin istəyi, ətraf mühitin təsiri və cəmiyyətin formalaşdırdığı stereotiplər əsasında edilir. Halbuki bugünkü əmək bazarı 5–10 il əvvəlki bazarla eyni deyil. Yeni texnologiyalar yeni peşələr yaradır, bəzi ənənəvi ixtisaslarda isə rəqabət getdikcə artır. Ona görə də gənclər yalnız ixtisasın adına deyil, həmin sahənin gələcək inkişaf dinamikasına, tələb olunan bacarıqlara və məşğulluq imkanlarına da diqqət yetirməlidirlər.
Hesab edirəm ki, bu istiqamətdə məktəblərdə peşəyönümlü fəaliyyətin daha sistemli qurulmasına, valideynlərin maarifləndirilməsinə və işəgötürənlərlə təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinə ehtiyac var. Gənc peşə seçərkən "hamı ora gedir" prinsipi ilə deyil, "əmək bazarı nə tələb edir və mən hansı sahədə öz potensialımı daha yaxşı reallaşdıra bilərəm?" sualını əsas götürməlidir. Məhz bu yanaşma həm fərdin uğurlu karyerasına, həm də ölkəmizin gələcək əmək bazarının daha balanslı formalaşmasına xidmət edəcək”, – deyə Əmrah Həsənli fikrini tamamlayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 29 İyul 2026 23:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see485

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see278

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see263

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see254

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see253

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see253

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see246

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see246

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see238

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see224

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see219

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see218

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see218

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see213

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see211

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see209

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see204

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see198

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see197

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri