Yüksək təzyiqə qarşı inqilabi kəşf
Icma.az, Sherg.az saytına istinadən bildirir.
Beynəlxalq həkimlər qrupu müəyyən edib ki, davamlı və nəzarət altına alınmayan yüksək qan təzyiqinin müalicəsi üçün nəzərdə tutulan yeni preparat – bakdrostata uzun müddət qəbul edilməsi könüllülərin 25%-də dərman istifadəsi tam dayandırıldıqdan sonra belə qan təzyiqinin normallaşmasına səbəb olub.
"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın London Kraliça Meri Universitetinin (QMUL) mətbuat xidməti məlumat yayıb.
Bəzi pasiyentlərdə bu təsirin iki il ərzində qorunduğu bildirilib.
Harvard Universitetinin (ABŞ) professoru Meyson Friman bildirib ki, bakdrostatanın klinik sınaqlarında iştirak etmiş könüllülərin sağlamlıq vəziyyətinin təkrar müşahidəsi zamanı bu gözlənilməz nəticə əldə edilib.
"Bu kəşf böyrəküstü vəzilərin həddindən artıq fəaliyyəti ilə əlaqəli davamlı hipertoniyadan əziyyət çəkən pasiyentlərin ən azı bir qisminin invaziv cərrahi müdaxiləyə ehtiyac olmadan müalicə edilə biləcəyinə ümid yaradır", – alim vurğulayıb.
Alimlər bu nəticəyə hipertoniyanın böyrəküstü vəzilərin funksiyasının pozulması ilə əlaqəli forması üçün perspektivli dərman hesab edilən bakdrostatanın klinik sınaqlarında iştirak etmiş şəxslərin sağlamlıq vəziyyətini əlavə olaraq izləyərkən gəliblər.
Preparat aldosteron hormonunun istehsalına cavabdeh olan CYP11B2 fermentinin fəaliyyətini zəiflədən kiçik molekuldan ibarətdir.
Bu zülalın həddindən artıq aktivliyi orqanizmdə su və duzun saxlanmasına səbəb olur. Nəticədə beta-blokatorlara və yüksək qan təzyiqinin müalicəsində istifadə edilən digər əksər dərmanlara reaksiya verməyən ağır hipertoniya forması inkişaf edir.
Ötən il başa çatan klinik sınaqlar göstərib ki, bakdrostatan qanda aldosteron hormonunun səviyyəsini iki dəfə azaldıb və təcrübə iştirakçılarının 40%-də qan təzyiqini normallaşdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 08 Noyabr 2026 07:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















