Icma.az
close
up
RU
Yüksək təzyiqin qarşısını almaq mümkündür 7 TÖVSİYƏ

Yüksək təzyiqin qarşısını almaq mümkündür 7 TÖVSİYƏ

Pravda.az saytına istinadən Icma.az xəbər verir.

Yüksək təzyiq ciddi fəsadlara yol aça bilər

Yüksək qan təzyiqi ürəkdən bədənə gedən qan axınının damar divarlarına göstərdiyi gücün normadan artıq olması ilə xarakterizə olunur.

Pravda.az xəbər verir ki, hər hansı bir əlamət göstərmədən inkişaf edə bilən bu vəziyyət uzun müddət nəzarətsiz qaldıqda, infarkt, iflic, böyrək çatışmazlığı və qəfil ölüm kimi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Diaqnoz qoyulması asandır, qarşısı alınan və müalicə olunan problemdir

Yüksək qan təzyiqinin  diaqnozu sadə analizlərlə qoyula bilər və vaxtında tədbir görüldükdə qarşısını almaq mümkündür. Tək yol – qan təzyiqini mütəmadi yoxlamaqdır.

Qan təzyiqi ev şəraitində də ölçülə bilər

Mütəxəssis evdə mütəmadi olaraq təzyiq ölçməyin vacibliyini vurğulayır. Doğru ölçüm üçün qoldan ölçən sertifikatlı avtomatik cihazlardan istifadə edilməli, ölçmə zamanı ən az 5 dəqiqə dincəlmək, siqaret, kofe və fiziki fəaliyyətə isə ölçmədən 30 dəqiqə əvvəl ara vermək tövsiyə olunur. Ölçmələr səhər və axşam, ardıcıl iki dəfə aparılmalı və ortalaması qeyd edilməlidir.

Yüksək təzyiqin səbəbi həmişə aydın olmur

Böyüklərdə yüksək qan təzyiqi halları təxminən 90-95%-də hər hansı konkret səbəbə bağlı deyil və bu, birincili (primer) hipertansiyon adlanır. İkincili hipertansiyon isə əsasən böyrək xəstəlikləri, qalxanabənzər vəzi problemləri, bəzi dərmanlar və ya narkotik maddələr kimi faktorlarla bağlı inkişaf edir.

Təzyiqin idarəsində həyat tərzi əsas rol oynayır

Həkimlər bildirir ki, istənilən mərhələdə olan qan təzyiqi üçün düzgün həyat tərzi dəyişiklikləri tövsiyə edilməlidir. Xüsusilə təzyiq dəyərləri artmış şəxslər (sistolik 120–139 mmHg, diastolik 80–89 mmHg) bu tövsiyələrə ciddi əməl etməlidir.

Yüksək təzyiqə qarşı 7 əsas tövsiyə:

İdeal çəkiyə nail olun: Artıq çəkisi olan şəxslərin bədən çəkisinin 5-10%-i qədər arıqlaması təzyiqi aşağı salmağa kömək edir.

Duz qəbulunu azaldın: Günlük duz miqdarı 5–6 qramı keçməməlidir.

Sağlam qidalanın: Rasionda tərəvəz, meyvə, az yağlı məhsullar, tam taxıllar və həftədə azı iki dəfə balıq yer almalıdır. Hazır və işlənmiş qidalardan uzaq durun.

Siqareti tərgidin: Siqaretin tərgidilməsi ürək-damar xəstəliklərinin qarşısının alınmasında ən təsirli addımlardandır.

Alkoqolu məhdudlaşdırın: İstifadə edənlər üçün kişilər gündə maksimum 2, qadınlar isə 1 stəkan alkoqol ilə məhdudlaşmalıdır.

Fiziki aktiv olun: Həftədə ən azı 5 dəfə 30 dəqiqəlik orta intensivlikdə fiziki fəaliyyət tövsiyə olunur.

Stresi idarə etməyi öyrənin: Rahatlama və davranış dəyişiklikləri üsullarından istifadə etmək faydalıdır.

Əgər bu həyat tərzi dəyişikliklərinə baxmayaraq qan təzyiqi yüksək qalırsa, dərman müalicəsi mütləq başlanmalıdır.

Əminə Bayramova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:36
embedMənbə:https://pravda.az
archiveBu xəbər 05 May 2025 08:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail höküməti orduya əmr verdi: İranın Məşhəd və Təbriz şəhərləri...

21 İyun 2025 00:49see145

18 ildir evlənməyən cütlük: Özümüzü evli kimi hiss edirik

20 İyun 2025 16:40see126

Bəzi balıqlar necə elektrik istehsal edir?

22 İyun 2025 00:51see121

“Bütün Ukrayna bizimdir” Putindən ŞOK AÇIQLAMALAR

20 İyun 2025 23:30see120

DSK sədri vəfat etdi

20 İyun 2025 16:21see120

Malik İsaqov vətəndaşların problemlərini yerindəcə həll etdi FOTOLAR

20 İyun 2025 17:45see118

Azərbaycanda ilk dəfə UFC turniri keçirilib

22 İyun 2025 02:32see118

İran üçün sınaq, Çin üçün strateji risk İsrail müharibəsinin dərin tərəfləri

20 İyun 2025 17:50see117

Putin: İrandakı vəziyyətə baxmayaraq, Buşehr AES də işləri davam etdiririk

20 İyun 2025 21:11see117

KİV: İsrail İran ABŞ razılaşmasını gözləmək niyyətində deyil

22 İyun 2025 01:15see116

Bakıda UFC gecəsi Yenilənir

22 İyun 2025 00:18see115

Məhəmməd Nayimov Bakıda rəqibini məğlub etdi

21 İyun 2025 23:55see114

Hərbi texnikalar Ermənistandan Qarabağa belə gətirilib... Saakyan təsdiqlədi

21 İyun 2025 21:26see114

Tramp: Fordo artıq yoxdur

22 İyun 2025 05:39see113

Xabi Alonso Real Madrid də dronlardan istifadə edir

22 İyun 2025 04:09see113

Taqir Ulanbekovdan çətin qələbə

21 İyun 2025 21:18see113

“2024 YR4” asteroidi bəşəriyyət üçün ciddi təhlükə yarada bilər

22 İyun 2025 08:27see111

Virts tibbi müayinədən keçdi, Kerkez də yol üstədi

22 İyun 2025 00:31see111

Antarktida yeni dəniz canlıları kəşf etdi

21 İyun 2025 22:43see111

Qəza kilometrlərlə tıxaca səbəb oldu FOTO

22 İyun 2025 00:36see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri