Icma.az
close
up
RU
Bakıda skuterlərdən gələn təhlükə Nə etməli?

Bakıda skuterlərdən gələn təhlükə Nə etməli?

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Son günlərdə paytaxtda skuter qəzaları artıb. Ən sonuncu belə hadisə isə iki gün əvvəl baş verib.

"İçərişəhər" metrostansiyasının yaxınlığında maşınla skuter sürən yeniyetmə toqquşub. Yeniyetmə hadisə yerində ölüb.

Məsələ ilə bağlı Trend-ə danışan nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, skuterlərin sayı artdıqca qəzaların da sayı artacaq:

"Elektrosamokatların iştirakı ilə qəzaların sayının artacağı proqnozlaşdırılırdı. Elə bu səbəbdən də ötən il ərzində Yol Hərəkəti Haqqında Qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi. Elektrikli samokatlar kiçik elektrikli nəqliyyat vasitəsi kimi qanunvericilikdə təsbit edildi. Bu o deməkdir ki, həmin fərdi mobillik vasitələri sadəcə əyləncə vasitəsi olmaqdan çıxır və bir nəqliyyat vasitəsi kimi tanınır. Belə nəqliyyat vasitəsini idarə edən şəxslərin üzərinə məsuliyyət qoyulur. Onlar bilməlidir ki, elektrikli samokatla qayda pozduqda yaxud hansısa qəza törətdikdə onları 40 manatdan 150 manata qədər cərimə gözləyir”.

Ekspert vurğulayıb ki,belə nəqliyyat vasitələrini idarə edən vətəndaşlarımızın bir qismi heç onun idarə olunması qaydalarını bilmirlər:

"Biz tez-tez rastlaşırıq ki, belə skuterlərdə bir yox, 2 nəfər hərəkət edir. Halbuki moped, velosiped və samokatlaqrda iki nəfərin hərəkət etrməsi qəti qadağandır. Onun sürücüsü əlavə sərnişin götürə bilməz. Sutkanın bütün saatlarında bu nəqliyyat vasitələrinin önündə və arxasında işıq olmalıdır, fənər yanmalıdır. Buna da riayət edilmir. Belə nəqliyyat vasitələri yalnız avtomobil yolunun sağ zolağı ilə hərəkət etməlidir. Bunlara riayət edilmədiyi qəzaların sayının artdığını müşahidə edirik. Belə elementar qaydaları pozan vətəndaşlar yerindəcə cərimə olunmalıdır. Həmçinin bu nəqliyyat vasitələrinin sürəti şəhər mühitində azaldılmalıdır. Onların sürəti 15 kilometrdən çox olmamalıdır".

Nəqliyyat eksperti Aslan Əsədov isə Trend-ə bildirib ki, paytaxtda nəqliyyatın imkanları məhduddur. Buna görə də insanlar skuterlərə üstünlük verirlər:

"Bu gənclərin istifadə etdiyi vasitə kimi qəbul edilir. Bu nəqliyyat vasitəsini daha çox yaşı 30-a qədər olan gənclər istifədə edir. Əslində isə gənclər arasında da bu nqəliyyat vasitələrini idarə edə bilməyənlər var. Dünyanın müxtəlif ölkələrində bu nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunur, ölkəmizdə isə olunmur. Bu təklifi səsləndirsək belə müsbət qarşılanmaz”.

Bu nəqliyyat vasitələrinin bir mənfi cəhəti səssiz olmalarıdır:

"Bu vasitələr səssiz olduğu üçün qəzalar qaçılmaz olur. Toqquşma anında isə istifadəçilərin xəsarət alması ilə tez-tez qarşılaşırıq. Bunun qarşısını almaq üçün icarəyə götürülən skuterlərə onları ayırd etmək üçün spesifik səs quraşdırıla bilər. Bu zaman sürücülər və piyadalar da skuterin yaxınlaşdığını anlaya bilər”- A.Əsədov qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 İyun 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see405

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see322

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see279

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see269

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see268

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see256

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see253

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see245

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see243

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see241

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see228

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see216

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see215

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see215

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see214

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see212

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see210

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see201

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri